Twitter mikrobloqlar servisi yeni loqotip təqdim edib. Mavi rəngli ənənəvi quşun təsvir edildiyi yeni loqotip hazırda mövcud olanların hamısını, o cümlədən Twitter sözünü və kvadratdakı T hərfini əvəz etməlidir. Yeni şərtlərə əsasən, bundan sonra köhnə loqotiplərin istifadəsinə icazə verilmir.


Loqotip üç çevrənin kəsişməsi ilə çəkilib. Twitter bununla istifadəçilərin şəbəkə, ideya və maraqlarının öz həmkarları və dostları ilə birləşməsinin və kəsişməsinin oxşarlığını bildirmək istəyir.