Dizayn studiyası olan Artemiya Lebedev Odessa üçün loqotip hazırlayıb, həmçinin küçə lövhələri və hədiyyə köynəklərin də dizaynını tərtib edib.


Loqotipin təqdimatı 5 iyun tarixində başladı və turistik informasiya mərkəzinin açılışına qədər davam etdi.


Şəhərin simvolu iki pəncəli lövbər şəklindədir. Lövbərin ucları içəriyə doğru, ürək şəkilli tərtib olunub. Bundan başqa, simvolda dalğa, güc və mayak öz əksini tapır.





Studiyada düşünülmüş Odessa stili qaydaları aydın şəkildə brandbook-da öz əksini tapır. Firma stili üç rəngdə təqdim olunub: qırmızı, narıncı və mavi.





Odessa loqotipi qırmızı rəngdə “sevgi” sözünü “Mən Odessanı sevirəm” frazasında əvəz edir və bu məşhur Nyu-York loqotipinə istinad edir. “Odessa” sözü özü isə üç dildə qeyd olunub.





Şəhərin sloqanı əvvəlki kimi qalır -“Təəssüratlar dənizi”.


2009-cu ildə Ukraynanın Bohush Communications agentliyi tərəfindən tərtib olunan əvvəlki loqotip - “gülümsəyən günəş”, sakinlər tərəfindən tənqidə məruz qaldığından rəsmi şəkildə qəbul olunmamışdı. Lebedev studiyası tərəfindən tərtib olunmuş yeni loqotipi şəhərin meri Aleksey Kostusev “brilliant kəşf” adlandırmışdı.