Twitter Yay Olimpiya oyunları 2016 haqqında müzakirələr statistikası toplayıb. Oyunlar zamanı Twitter istifadəçiləri olimpiya oyunlarına həsr olunmuş 187 milyondan çox nəşrlər paylaşıb ki, onların da baxişlarının cəmi 75 milyarda qədərdir.



Ən çox müzakirə olunan hadisə (dəqiqədə tvit sayına görə) Braziliya yığmasına ilk olimpiya qızılını qazandıran, Neymarın qələbə penaltisi oldu. İkinci yerdə Useyn Boltun 100 metr distansiya üzrə üçüncü dəfə ardıcıl olaraq yay olimpiya oyunlarında qazandığı növbəti qızıl medalı oldu. Üçüncü ən çox müzakirə olunan hadisə isə Neymarın Almaniya yığmasının qapısına vurduğu ilk qolu oldu.



Ən çox müzakirə olunan atlet Rio de Janeyroda beş qızıl medal qazanan Maykl Felps oldu. Useyn Bolt və Neymar bu kateqoriyada ikinci və üçüncü yeri tutur.



Rio olimpiya oyunlarinda ən çox müzakirə olunan idman növləri üzgüçülük, futbol və yüngül atletika oldu.



Olimpiya oyunları zamanı idmançıların 10 ən məşhur tvitləri



Amerika gimnastı Simona Baylz aktyor Zak Efronun onun yanağını öpməsi videosunu nəşr etdi



Yapon gimnastı Kendzo Sirai Olimpiya qızılını qazanması haqqında



Yamayka atleti Useyn Bolt özünün Olimpiya uğuruna həsr olunmuş emoji infoqrafikasını nəşr etdi



Amerika gimnastı Simona Baylz Zak Efron ilə bir neçə şəklini paylaşdı



Argentina tennis oyunçusu Xuan Martin Del Potro qızıl medal ilə fotoşəkilini paylaşdı



Yamayka atleti Useyn Bolt qələbəsini yamayka xalqına həsr etdi



Amerika gimnastı Simona yazdı ki, Maykl Felps ona Olimpiya medallarını necə bağlamağı öyrətdi



Argentina tennis oyunçusu Xuan Martin Del Potro gümüş medal qazandıqdan sonra şəklini paylaşdı



Yamayka atleti Useyn Bolt Braziliya milli futbol komandasını tarixindəki ilk Olimpiya qızılını qazanması münasibətilə təbrik etdi



Amerika gimnastı Simona Baylz gimnastika üzrə ABŞ-ın qızıl medal qazanmış yığma komandasının şəklini paylaşdı