Kann Lions festivalına göndəriləcək layihələr arasında “Mars. 20 il Rusiyada” video reklamı da var. Bu reklam çarxı böyüyəndə kim olacağı barədə danışan qız haqqındadır. Reklam çarxının Kreativ agentlik BBDO Moskva Kann Lions reklam festivalında 21 kampaniyanı təqdim edəcək
İşlər-Film, Press, Outdoor, Direct, Mobile, Media, Promo və Cyber kateqoriyaları üzrə təqdim olunacaq.
sonunda tamaşaçılar görür ki, əslində qız 20 ildən sonra necə oldu. Bu video “İdeya” reklam festivalında ikinci yeri qazanıb.
BBDO Moskva Kann festivalı üçün kampaniyanın iki interaktivini təqdim edəcək. Bunlardan biri İntouch sığorta şirkəti üçün “Car vs. Piano” layihəsidir: Layihə ondan ibarətdir ki, internet istifadəçilər real olaraq avtomobil üzərində kabellərlə bərkidilmiş pianonun avtomobilin üzərinə nə vaxt düşəcəyini izləyə bilərlər.
İkinci interaktiv kampaniya Snickers brendi üçün hazırlanmışdı, layihə “aclıq hücumu” ilə bağlıdır: layihə iştirakçıları dünya xəritəsində qəribə obyektləri qeyd edə, şəkillər çəkə bilərlər, həmçinin digər istifadəçilərin də şəkillərinə baxa bilərlər. Həmçinin Kannda Snickers üçün “Ac deyilsənsə, sən o sən deyilsən!” print seriyası təqdim olunacaq.
May ayında məlum oldu ki, çaplı reklam kateqoriyasında BBDO Moskva WWF təbiəti müdafiə fondu üçün print seriyasını təqdim edəcək.
Keçən il BBDO Moskva Kann Lions festivalında 120 iş təqdim etmişdi.” Комар” agentliyinin video çarxı Film kateqoriyasında short-list-ə daxil olmuşdu.