Amerikalı Benjamin Kapelyuşnik 16 yaşında artıq uğurlu sahibkardır. "The Sneaker Don" kimi tanınan yeniyetmə, nadir idman ayaqqabılarını satır və bu ilin sonuna qədər ilk milyon dollarını qazanmaq niyyətindədir.
Gənc sahibkarın hekayəsi bir neçə il əvvəl LeBron X MVP ayaqqabısını 400 dollara alaraq, 4000 dollara satmaqla başladı. Sonra o, dostlarına növbədə durmaq üçün 40-50 dollar ödəyərək, ayaqqabıları almağa, özü isə onları daha baha qiymətə satmağa başladı.
Biznes böyüməyə başladı. Yeniyetmə hətta Nike və Аdidasla işləyən iki mağaza ilə saziş bağlamağa müvəffəq oldu. İndi gənc sahibkar müqavilə çərçivəsində idman ayaqqabılarını onların rəsmi buraxılışından daha tez alır. “Hər hansı istədiyiniz adidas məndə vardır, əgər yoxdursa 24 saat ərzində tapa bilərəm.” – Benjamin Kapelyuşnik deyir.
Yeniyetmənin karyerası məşhurlarla işləməyə, Dj Khaled, Rik Ross kimi ulduzlarla dostluq etməyə başladıqdan sonra kəskin artmağa başladı. İndi Kapelyuşnikin Instagramı lüks və məşhur simalarla həyat stilindədir. Yeniyetmə, əsas məqsədinin yaxın dövrlərdə biznesini genişləndirmək və bir çox şəhərlərdə öz mağazalarını açmaq olduğunu söyləyir. Bundan başqa Kapelyuşnik bu il satışlardan ilk milyon dollarını qazanmağı planlaşdırır.