DəmirBank 25 may – 15 noyabr 2012-ci il tarixlərində “Kreditini hədiyyə qazan” şuarı ilə istehlak kreditləri üzrə yeni uduş kampaniyası həyata keçirir.


Kampaniyada “Nağd pul krediti”, “Dövlət işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Təqaüdçü krediti”, “Səhiyyə işçilərinə kredit”, “Təhsil işçilərinə kredit”, “Təhsil krediti”, “Məişət texnikası / kompüter krediti”, “Mebel krediti”, “Qızılla kredit”, “Təmir krediti” və ya “Turizm krediti” götürən müştərilər iştirak edir.


Şərtlərə əsasən DəmirBank-dan qeyd edilən istehlak kreditləri üzrə maksimum 5000 AZN (və ya 6300 USD) kredit götürən və son 2 ayda ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasında iştirak hüququ qazanır.


Kampaniya ərzində hər ayın 21-i tarixində 5 müştəri növbəti ayın kredit ödənişini (hər biri maksimum 500 AZN), lotereyanın sonunda isə 1 müştəri kredit üzrə tam qalıq borcunu (maksimum 5000 AZN) qazanacaq. Kampaniyanın ilk tirajı 21 iyun 2012-ci il tarixində keçiriləcək.


“DəmirBank istehlak kreditləşməsinin artırılması üçün müxtəlif işlər həyata keçirir. Bu sırada yeni uduş kampaniyası həm yeni müştərilərin cəlb edilməsi, həm də cari müştərilərin vaxtında nümunəvi ödənişlərinin stimullaşdırılması məqsədini daşıyır. Bu kimi kampaniyalar müştəri məmnunluğunun artırılmasına da xidmət edir” - deyə Bankın İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.


Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.