8 mart 2016-cı il tarixində 6-cı Davos Ümumdünya Komunmikasiya forumunun bir hissəsi olaraq C4F Davos Mükafatları Qala gecəsi keçirildi. C4F Davos Mükafatları gələcəyin kommunikasiyalarına unikal baxış və professional yanaşma tələb edən şirkətləri və seçilən individual kommunikatorları mükafatlandırır. Şəxsi mükafatlar kommunikasiyanın qlobal inkişafına xüsusi töhvələrini verən və ümumdünya kommunikasiya sənayesinin inkişafında yeni trendlərin meydana çıxmasında əməyi olanlara təqdim edildi.



Bu il, jüri aşağıdakı nominasiyalar üzrə şəxsi mükafatçıları müəyyən etdi:



Olga Kudinenko "Tabletochki" fondu, Gələcəyin əlaqəsi (Ukrayna)


Natalia Gromadskikh, Gələcəyin lideri (Belarus)


Maxim Yakover, Gələcəyin ideyası (Ukrayna)



Korporativ mükafatlar qlobal kommunikasiya sənayesində effektivliyin və peşəkarlığın standartlarını təyin edən və kommunikasiya strategiyaları və kampaniyalarının həyata keçirilməsində kreativlik göstərən şirkətlərə təqdim olundu.



Korporativ nominasiyalarda jüri aşağıdakı qalibləri elan etdi:



SAP, "Africa Code Week", Gələcəyin Təhsili (Cənubi Afrika Respublikası)


VTB Arena Park, Gələcəyin şəhəri (Rusiya)


APRA, "Together we can", Gələcəyin Pro Bonosu (Ermənistan)


Ketchum Italy, "S.Pellegrino young chef award 2015", Gələcəyin icması (İtaliya)


Ketchum Italy, "S.Pellegrino young chef award 2015", Gələcəyin Kommunikasiyası (İtaliya)


Coordination Committee for the Events of Armenian Genocide Centennial, "We are Armenians", Gələcəyin Kommunikasiyası (Ermənistan)


Kaiser Communication GmbH, Gələcəyin Brendinqi (Almaniya)



"Biz kommunikasiya sənayesinin baza prinsiplərini formalaşdırmaq və peşəkarları dəstəkləmək prinsipimizi davam etdiririk. C4F Davos Mükafatları hər il qlobal kommunikasiyaların inkişafı üçün effektiv və yaradıcı metodlar təklif edə bilənləri təqdir edir. Bu il biz nominasiyaları 2 kateqoriyaya böldük – şəxsi və korporativ. Biz hər nominasiya üçün 20 iş qəbul etdik. İşlərin qiymətləndirilməsi 2 hissədə həyata keçirildi. Birinci hissədə jüri hər nominasiya üçün namizədləri ayırd etdi. İkinci mərhələdə seçilmiş nominantlar jüri üzvləri tərəfindən 5 kriteriyaya pörə dəyərləndirildi: effektivlik, təsir, trend, həllərin inteqrasiyası və sosyal uyğunluq. Ən yüksək balları toplayan nominant qalib oldu" deyə C4F Davos Mkafatlarının Direktoru Yanina Dubeykovskaya qeyd edib.