Startup tipli Kiçik və Orta Biznes (KOB)lərin inkişafına banklar tərəfindən ayrılan kreditlər, sahibkarları və sahibkar olmaq istəyən şəxsləri biznesini inkişaf etdirməkdən çəkindirir. Orta hesabla 19-27% arasında dəyişən illik faiz dərəcələri, əlavə tələb olaraq zamin, requlativ sənədlər KOB-un inkişafının qarşısında dayanan ən böyük maneədir.





Yeni "KOB"in qurulmasının dövlət üçün faydalarına baxaq:



  • Yeni iş yerlərinin açılması, məşğulluğun artması deməkdir
  • Məşğulluğun artması məhsul və xidmətlərin, gəlirin artması deməkdir
  • Məhsul və xidmətlərin artması rəqabətin artması, ÜDM-nin artması deməkdir
  • Gəlirlərin artması adam başına düşən milli gəlirin artması, ÜDM-nin artması deməkdir
  • Adam başına düşən milli gəlirin artması yığılan iqtisadiyyatın canlanması və vergilərin artması deməkdir ki, bu da dövlət büdcəsinin artması mənasını verir
  • Dövlət büdcəsinin artması isə nə deməkdir bilirsiniz...


Özümüzü sahibkarın yerinə qoyaq. Qısa analiz üçün 61.500 AZN kredit alıb, öz biznesimi qurmağı təsəvvür etdim.





Bir bank seçib krediti götürməyə qərar verdim. Kredit şərtlərinə nəzər yetirək.






Aylıq Faiz: Bir təşəbbüskar kimi fikirləşsək, yeni qurulacaq biznesin ilk aydan qızıl yumurta verməyəcəyini bilirik. Banklar isə fikirləşir ki, sən artıq ilk aydan krediti ödəməyə başlaya bilərsən. Qonşu Türkiyədəki Banklara baxsaq görərik ki, "KOB"lar üçün ayrılan kreditlərin ödənişi ötürməli aylardan başlayır.



Misal: Təşəbbüskar krediti alıb, 2-3 ay biznes quruculuğu işləri ilə məşğul olacaq. Ölkəmizdə Banklarımız ilk aydan qapıda dayanır ki, ödə aylığı ama Türkiyədə Banklar təşəbbüskarın biznes planına baxıb, krediti ödəmə cədvəlini 4-5 ay sonraya ötürüb sonrakı aylardan başladırlar. Bu da təşəbbüskara imkan verir ki, ödəmələrin vaxtı gəlmədən işlərini qurub işçi heyətini formalaşdıra bilsin.



İşyerindən arayış: Bir təşəbbüskar krediti götürüb gələcəkdəki quracağı iş yerindən arayışı necə versin? Geri qaytarılmama riskini azaltmağın başqa yolları olmalıdır. Məsələn müvafiq orqanlarla bərabər pulların nələrə xərcləndiyini yoxlamaq kimi.



Misal: Məlumdur ki, təşəbbüskarlıq fəaliyyəti üçün 61.500 AZN tələb edən kəs bunu mərhələli xərcləyəcək. Bank istənilən məbləği mərhələlərə bölüb, mərhələnin nəticəsinə görə kreditin riskini nizamlaya bilər.



Zamin: Təşəbbüskardan ümid kəsiləndə növbəti addım zamindən borcu tələb etməkdir. Geri qaytarılmama riskini burada da asanlaşdırmaq olar.



Misal: Təşəbbüskarlıq fəaliyyətinin ən çox dövlətə xeyri dəydiyi üçün zamin məhz dövlət olmalıdır. Kimin təşəbbüskar kimin olmadığını mütəxəssis heyəti ilə müəyyən edə bilər. Mütəxəssis heyətindən müsbət rəy alan təşəbbüskarın zamini dövlət olar, mənfi rəy alan da özünə artıq zamin tapsın.



Digər inkişaf vasitələri: Yardım və Qrantlar. Qrantların təşəbbüskarlıq mühitinin inkişafında bizə effektivlik vermədiyi göz qabağındadır. Qrant alan layihələr nəticə vermir. Nəticə 1%-dən aşağıdır. Təşəbbüskarlara "balıq yox, balıq tutmağı öyrətmək" lazımdır. Qrant geri qaytarılmayan dəstək olduğu üçün təşəbbüskarla bərabər, "balığa" ehtiyacı olan hamı pay almaq istəyir. Paylar məcbur olub çox yerə bölünüb dağıdılır, sonra "nuş olsun".



Nəticə: "NASDAQ" (dünyanın ən dəyərli texnologiya şirkətlərinin olduğu birja)da olan ilk 100 texnologiya şirkətinin 60-dan çoxu İsrail-ə aiddir. Bu qədər inkişafın arxasında yatan səbəb illər əvvəl səhranın ortasında, neftsiz qalan İsrailin çıxış yolu olaraq kəşf etdiyi Təşəbbüskarlıq (Startup) proqramıdır. İsrail resurslarının böyük əksəriyyətini ancaq bu sahənin inkişafına xərclədi. O zaman biz İsraildən bu təcrübəni öyrənməliyik, tətbiq etməliyik.



Bunlar mənim təklif etdiyim yoldur. Sizlər də təşəbbüskarlıq mühitinə dəstək olmaq üçün təkliflərinizi hazırlayın və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna göndərin. Əminəm ki, dəyərli fikirləriniz diqqətsiz qalmayacaq.



Bütün təşəbbüskar dostlarımıza uğurlar arzulayıram. İnkişafımız onların əzmində və əməyindədir.