Neftin qiymətinin kəskin ucuzlaşması, ilk növbədə iqtisadiyyatı birbaşa neftdən gələn gəlirlərdən asılı olan ölkələrə təsir etdi. Nəticə etibarilə, qara qızıl ölkələri devalvasiyaya getməyə və büdcəni azaltmağa məcbur oldular. Büdcədən qidalanan, dövlət layihələrini həyata keçirən şirkətlər isə ixtisarlara getməyə başladı və bir çox layihə dayandığı üçün ümumiyyətlə fəaliyyətini davam etdirə bilmədi. Neft tükənən təbii sərvətdir və ekoloji zərərləri də kifayət qədərdir. Gələcək nəsillərə təmiz ətraf mühit və atmosfer ötürmək istəyiriksə, qara qızılı düzgün və effektiv istifadə etməliyik.



İqtisadiyyat elminin də ümdə məqsədi elə məhdud qaynaqlardan effektiv istifadə etməkdir



Bütün dərdlərə dərman olacaq, işsizliyə son verəcək formula müəyyənləşib. Ümum Daxili Məhsul formulası (Y) verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir . (Y) nə qədər yüksək olsa bir o qədər çox inkişaf və məşğulluğun artırılmasına nail olmaq olar.





Y = I + C + G + NX



"A" adında xeyriyyə şirkəti var. Tərkibində işçilər var və onlara illik 10.000 AZN əmək haqqı verir. Bu o deməkdir ki, investisiya 10.000 AZN artacaq.


I: + 10.000


Müsbət



"B" adında bir firma "A" şirkətinin tam əksinə, gəlir əldə etmək istəyən bir şirkət olsun. Yollar çəkir, infrastruktur layihələri həyata keçirir və 10.000.000 AZN gəlir əldə edir. "B" bir firmadır amma burada dövləti təmsil edir. Dövlət bu addımla xərcləmə edir gözəl infrastruktur əldə edir, ona görə bunu dövlət xərcləmə qələminə əlavə edirik.


G: + 10.000.000 AZN


Müsbət



Sadə vətəndaş Əhməd bir evini Amerikalı Cona 200.000 AZN-ə satır. Burada diqqət etməyimiz lazım olan hadisə yeni ev tikilmədiyini nəzərə almaqdır, Ancaq mövcud olan bir evin əl dəyişdirməsidir. Bunun Amerikalı Con və ya Lalə olmasının fərqi yoxdur. Hər hansı istehsaldan söhbət getmədiyi üçün bu hadisənin nəticəsinin Ümum Daxili Məhsula heç bir aidiyyatı yoxdur.


Təsirsiz



Mən ölkənin vətəndaşı olaraq gedib telefon dükanından 800 AZN müqabilində Çin istehsalı olan bir iPhone alıram. Nəzəri tərəfdan yanaşsaq görərik ki, ölkəmizdə iPhone istehsalı olmadığ üçün, hər şeyi xaricdən alındığı üçün ortada ÜDM-yə əlavə olunacaq bir şey də olmur. Nəticə belə olduqda bunu istehlaka (C) əlavə edib, neft ixracatdan (NX) çıxardırıq.


C: + 800AZN


NX: - 800AZN


Təsirsiz



Gedib paytaxtdan 40.000 AZN -ə təzə tikilmiş ev alıram. Mən bir şirkət olmasam da yeni tikilmiş ev olduğu üçün bu investisiya sayılacaq. Yəni investisiya 80.000 AZN artacaq


I: + 40.000


Müsbət



"Hava Yolları" şirkəti 6.000.000 AZN dəyərində Avropa istehsalı "Airbus" alır. Bununla insanlara hava nəqliyyatı kimi mal və xidməti verir. Bu bir investisiyadır ona görə investisiyada (I) 6.000.000 AZN-li kartım olur, ancaq daxildə istehsal olmayıb, idxal olduğu üçün net ixracatdan (NX) çıxardılacaq.


I: + 600.000


NX: - 600.000 AZN


Təsirsiz



Nəticə: İdxalı azaldıb, özümüz bütün məhsulun hər parçasını istehsal edib daha sonra ixrac etməliyik. Unutmayaq ki, ixrac potensialı olan ölkələr həmişə xarici kapital alır.