12 il bundan öncə İstanbulun bir ilçəsinin bələdiyyə seçkilərində iştirak edən namizədin seçki posterlərini görmüşdüm. Posterlər çox sadə idi. Üzərində adamn şəkli, təmsil etdiyi partiya və maraqlı sözlər yazılmışdır. Məsələn, posterin birinin üzərində yazılmışdı ki, "Bu gün komşunuza selam verdinizmi?". Başqa bir posterin üzərində yazılmışdı ki, "Bu gün komşunuza gülümsedinizmi?" ya da "Bu gün kaç kişinin hatrını sordunuz". Ən maraqlısı ticarət mərkəzinin üzərinə vurulmuşdu "Peki memnunmusunuz?" və s.



İndi yadıma düşəndə bunun negativ dalğalanma dövrü olduğunu xatırlayıram. 1000000 (bir milyon) lirəyə 4 çörəyin alına bildiyi dövr idi. Hətta rəhmətlik Adnan Menderesə xitabən ("Her mahallede bir milyoner yapacağız") "Artık her kes milyoner" adlı kitabın çıxdığı dövr idi. Dövr o dövr idi ki, heç kim heç bir rəsmi məlumata, vədə və proqnoza inanmırdı. Tanış mənzərədir? :) Belə bir dövrdə bu siyasətçininseçdiyi istiqamətin nə qədər düzgün olduğu barədə danışmağa ehtiyyac yoxdur məncə.



Bu günlərdə maraqlı bir verlişlə rastlaşdım. Veriliş eksperimentlər üzərində qurulub. Müxtəlif siuasiyalarda insanların verəcəkləri reaksiyalar nümayiş etdirilir. İnsanların davranışları və bunun səbəbləri araşdırılır. Evsiz görkəmli bir nəfər mərkəzi küçələrin birində yıxılır. Bundan sonra insanlarn reaksiyasının necə olacağı müşahidə edilir. İnsanlarn əksəriyyəti ona kömək edib yerdən qaldırılar. Bundan sonra eyni situasiya yenidən təkrarlanır. Lakin bu dəfə aktyorun alində spirtli içki bankası olduğu aydın görsənir. Müşahidə onu göstərir ki, insanlar onun yanından etinasizcasına keçirlər. Sanki yıxılan evsiz bayaqkı təsüfkeş cəmiyyətin numayəndəsi deyil. Siz bu eksperimentdə necə edərdiniz?





Yeri gəlmişkən Robert Çaldini tərəfindən yazılan "Психологоя Влияния" adlı kitabı oxumanızı şiddətlə tövsiyyə edirəm. Türkcə adı əgər səhv etmirəmsə "İknann Psixolojisi" gedir. Sərf edilən vaxta dəyər. Həmin kitaban çıxarış kimi bu iki filmi izləyə bilərsiniz.


1. Eksperimentator


2. Stenforda həpsxana eksperimenti



Əlqərəz, məni bu yazını yazmağa həvəsləndirən ekperimentdən danışacam. Fastfood tipli restoranin satıcısına müştəri fokslu xidmət göstərmək şərti ilə hər bir müştəriyə qalıq pulu qaytararnda 20$ artıq verilməsi tapşırılıb. Xanım gözəl münasibət göstərir və müştərilərə qalıq pulla birlikdə 20$ da verir. Bu zaman insanlar tərəddüd etmədən pulun artıq olduğunu deyirlər və onu geri təqdim edirlər. Davranışlarının səbəbi kimi xanımın problemi olmamasını istədiklərini bildirdilər.



Eksperimentin 2-ci hissəsində xanıma azərbaycansayağı xidmət göstərməsi və əvvəlki kimi 20$ artıq verməsi tapşırılır. İnsanların əksəriyyəti pulu qaytarsa da bunu etməkdə istəkli olmadıqları aydın sezilir. Artıq pulu qaytarmayanlar davarnışlarına səbəb kimi bunu xanımın kobud və etinasız münasibətinə cavab kimi qiymətləndirilər. Eksperimentatorlar böyük əksəriyyətin pulu qaytarmış olduğu bildirsələr də, ekrandan görünən odur ki, ətraf şəraitdə neqativ dalğalanma yoxdur. Eksperiment dəyərlər nöqteyi nəzərindən insanların davranışlarının müxtəlif situasiyalarda necə dəyişdiyini müşahahidə etmək üçün aparılırdı. Məncə onlar vacib bir faktoru unutmuşdular.




Cəmiyyətin dəyərləri və ənənələri səmimiyyət şəraitində qorunur və sağ qalır. Yalan danışanlar unudurlar ki, dəyərlərdən biri də dürüstlükdür. Neqativ dalğalanma dövründə dəyərlər insanların sağ qalmaq instiktini üstələyə bilmir. Yəni bizi heyvanlardan fərqəndirən amillər bizim dəyərlərimizdir.





Münaqişələrin həllində bir qızıl qayda var, O da hamının haqlı olduğudur. İnsanlar atdıqları addımları əsaslandrmaq üçün səbəb və ya təskinlik hər zaman tapacaqlar. Məncə özümüzə verəcək sual ondan ibraətdir ki, Müştərilərimizlə nə qədər dürüst davranırıq?. Bu gün bu kritik sualdır. Münasibət, gözəl münasibət hər zaman kritikdir. Bu gün neçə müştərinizə zəng edib keyfini soruşmusunuz? Bu gün neçə müştərinizə “sabahınız xeyir” mesajı göndərdiniz?Bu gün neçə müştərinizə satşının yüksəlməsi üçün kömək təklif etdiniz?