Keçən il, bu vaxtlar artıq 2015 üçün hansı hədəflərə çatmaq isdədiyimi düşünmüş, qərarlaşdırmış, ilkin hərəkət planını belə hazırlamışdım. Siz də həmçinin bunu etmişdiniz bilirəm, hardan bilirəm desəniz burda olmağınızdan, bu yazını oxuyur olmağınızdandır cavabım. Çünki bu yazını oxuyursunuzsa bilirəm ki, bir şeyin axtarışındasınız – Daha Yaxşının. Həyatınızın fərqli sahələrində daha yaxşını əldə etmənin, onu reallaşdırmanın arzusundasınız.
Keçən il, məndən başqa saysız hesabsız insanlar da eynilə sizin və mənim kimi, hədəflər seçdilər və niyyət etdilər bunları reallaşdıracaqlarına. Sizinlə tam da burda bir-bir statistikanı paylaşacağam. Dostlar ilin əvvəlində hədəflərini yazan insanların 50%-dən çoxu iyun ayında artıq vazkeçdilər bu hədəfləri üçün çalışmaqdan, onlar üçün etməli olduqlarını etməyə davam etməkdən.
Siz də, İyun ayında ilin əvvəlində həvəslə seçdiyiniz o hədəflərdən vazmıkeçdiniz, artıq alınmayacaq deyib o 50%-in içərisinəmi sürüşüb düşdünüz? Bu oldusa üzürlü sayın bu xoşagəlməz faktı sizə xatırlatdığım üçün. Amma, çox da pis xəbər deyil, ən azından iyun ayına kimi davam etdiniz bunun üçün təbrik edirəm sizə və siz də özünüzü təbrik edin. Amma eyni zamanda da, gəlin özümüzü aqressivcə sorğulayaq və tapmağa çalışaq niyə vazkeçdik deyə. Amma bunu sadəcə özgüvənimi itirdim, yoruldum, bezdim və.s kimi asan cavablarla kifayətlənmədən edək. Əks halda 2016-da bu ilin təkrarından başqa bir şey olmayacaq və bunu isdəmirsiniz bilirəm.
Həmçinin növbəti ildə də, bu iyuna qədər gedənlər klubunda olmağı da istəməssiniz bunu da bilirəm. Mən də istəmirəm. Heç kim istəmir. Bu sualları soruşduqdan sonra cavablarımızı vaxt ayırıb analiz edək. Nəyə görən vaxt ayıraq cavablarımızı dəyərləndirməyə? Çox önəmli bir səbəbdən: bir çox hallarda bizə lazım olan yeni nələrisə etmək, öyrənmək yox sadəcə etməkdə davam etdiyimiz nəyi və ya nələrisə dayandırmaqdır. Düşünün bəlkə də sadəcə bir vərdişiniz sizə illərdir onu tərk etsəniz əldə edəcəklərinizdən dəfələrlə daha az nəaliyyətlər qazanmağa səbəb olur və bu vərdişi tərgitsəniz həyatınızda bunun səbəb olacağı nəticələri düşünün. Yəni özünüzü günahlandırmayın, nə də, heyfslənməyin ki, hansısa kitabı oxuya bilmədniz, hansısa seminar və ya təlimədə iştirak edə bilmədiniz. Çünki doğurdan da etməkdə adət etdiklərimizi tərgitməkdən çox az danışırıq, daim yeni nə isə etmək, öyrənmək, yeni nələrsə etmək ətrafındadır oxuduqlarımız, gördüklərimiz, dinlədiklərimiz uğur ekspertlərindən, materiallarından. Buna görə də, bu sualı özümüzdən soruşaq, vaxt ayıraq, asan tez gələn cavablarla da kifayətlənməyək və dərinə enək, tapaq nədir illərdir ayağımıza dolanıb bizi daha sürətlə irəliliyə getməkdən mənedən o vərdiş, rutin, düşüncə tərzi.
Bu suala cavab tapdıqdan sonra isə ən çətin olanı etmək üçün qətiyyətli qərar verib başlayaq icra atmağa əvvəlcədən qəbul edək ki, uğursuz olacağıq, həm də bir dəfə yox dəfələrlə, amma hər uğursuzluqdan sonra davam edəcəyik. Çünki biz bizdə olan bütün vərdişləri və rutinləri dəyişmək gücündəyik və son sualı soruşaq və dürüstcə cavab verək. Neçə kitab, məqalə, araşdırma, raport oxuduq, neçə təlim, seminar və kurslara qatıldıq, neçə online materiallardan isdifadə etdik bizi dəyişəcək gözləntisi, həvəsi, inancı ilə amma bu materialları bitirdik bir neçə gün sonra o həvəslə, motivasiyada buxarlaşdı yox oldu, istədiyimiz dəyişiklikləri reallaşdıra bilmədik və yeni kitablar, kurslar, təlimlər axtarışına başladıq? Bu sual sizə nə mesaj verir? Özümüzdən soruşaq və cavab verək cəsarət və səmimiyyətlə.
Burada əsla yeni biliklər öyrənməyək, oxumağa qarışdırmayaq demirəm, bunlar mütləqdir amma səbətdə bir çürük alma varsa oraya nə qədər keyfiyyətli, təzə almalar qoyursunuzsa qoyun bütün o almalar bir – bir çürüyəcək və xarab olacaqlar. Bilirəm bu populyar yanaşmaya zidd bir yanaşmadır amma populyar olmaq kimi bir niyyətlə yazmadığımdan bu yazını bunu da önəmsəmirəm çox. Gəlin cəsarətlə soruşaq, maraqla araşdıraq, tapaq nələrə artıq son verməliyik və bundan sonra da bunun üçün qurduğumuz planı icrata keçirib mənfiliklərimizin həbsxanasından xilas olaq. Yoxsa bütün almalar çürüyəcəklər və bizdə İyuna Kimmi Klubuna Üzvlüyümüzə Son Verə Bilməyəcəyik.
Sonda bir önəmli xatırlatma etmək isdəyirəm. Bu yazıdakıları etmək yazmaqdan çox-çox daha çətindir və burda səsləndiyi qədər asan da deyil. Amma əlbətdə hər birimizn çox əla edə biləcəkləri şeylərdir. Sadəcə vaxt ayırmalı, səbr + səmimiyyət + cəsarətlə işləməliyik bunları. Əgər təcrübə və fikirlərinə güvəndiyiniz kimlərsə varsa onların tövsiyyələrini almaqda çox faydalı olar sizin üçün. Uğurlar arzu edirəm həm sizə, həm də özümə.
https://www.facebook.com/ismailvaliyevfan
https://www.instagram.com/ismayilvaliyev