Eurovision 2012 mahnı müsabiqəsində Ukraynanı təmsil edən Qaytana DəmirBank-ın müştərisi oldu. Müğənniyə DəmirBank tərəfindən MasterCard Platinum plastik kartı və korporativ hədiyyə paketi təqdim olunub.
DəmirBank-ın Nərimanov filialında keçirilən təqdimat mərasimində ukraynalı müğənninin direktoru Aleksandr Xmurkovskiy də iştirak edirdi. DəmirBank-ın xidmətləri və tarixi haqqında məlumat verildikdən sonra qonaq filial və Bankın iş prosesi ilə yaxından tanış olub.
“Bakı şəhəri ilə çoxdan tanış olmaq istəyirdim. Burada qonaqlara qarşı böyük diqqət və qayğının olduğunu xüsusi vurğulamaq istərdim. Müasirlik və qədimiliyi özündə birləşdirən Bakı, Avropanın ən gözəl şəhərləri ilə rəqabət apara bilər. Ümid edirəm ki, bu müsabiqə bitdikdən sonra da Bakıya tez-tez səfər edəcəyə
Ukraynalı müğənni Bakıda keçirilən Eurovision 2012 mahnı müsabiqəsində “Be My Guest» mahnısını ifa edəcək. O, may ayının 24-də keçiriləcək ikinci yarımfinalda 7-ci çıxış edərək, finala çıxmaq uğrunda mübarizə aparacaq.