Yenə də Rafiq bəy kitabın ortasindan #deyir. Bu səfərki dəvəti iki blog yazisi ilə qiymətləndirmək istəyirəm. İlk yazimi Marketer Məhərrəm düşüncələri və onun başliqları ilə yazacam, Görək bir gün bizdən də bir Məhərrəm olarmı?!
1. Müəllim olmaq yox, müəllim işləmək
Əslində nisbilik anlayışı hər zaman diqqətimi çəkib. Bir dəfə facebook dostlarımdan biri belə bir paylaşım yazmışdı:
– #deyir Maşınla sürətlə getdiyim vaxt "sürətlə" başqa bir maşın yanimdan keçdi. Yəni müəllim olmaqla müəllim işləmək də əslində nisbi formalaşır. 2009-2013 illər arası mənə 4 il itirdən Azərbaycan Dövlət Neft Akademiyası sirf nisbilik üzərində daha doğrusu müqayisələr əsasinda varlığını qoruyur. Yəni əslində belə bir universitet yoxdu . Sadəcə Cem Yılmaz demişkən illər əvvəl hansisa dövlət böyüklərindən biri səhvən bura universitetdi deyib və bizdə illərdir o adamın xətrinə elə dəvam etmişik…
"ADNA"da oxuduğum müddətcə həmişə səhvi özümdə axtarırdım. Hər zaman fikirləşirdim ki, qarşımdakı adamlar professorlar, akademiklərdir, əlbət bir bildiklərəri var. Amma o şər yuvasından qurtulandan sonra əslində hər şeyin yalan olduğunu gördüm. Necə deyərlər 1-ci smestrin sonunda vicdanını satan müəllimin 2-ci semestr kecdiyi dərs - Heç mənə lazım da deyil
2. Millətdən bixəbər millət vəkilləri
Necə deyərlər Siyasət atəşdir. Tutsan əlin danışsan dilin yanar… Amma bizim dərdimiz düzgün siyasət falan deyil, kim bizə belə vəkilləri rəva görür bilirəm amma adamların maximum 2 cümlə qurma qabiliyyəti var. 2 cümlədə dərdini izah edə bilsə nəysə amma 3 cümləyə kecmək məcburiyyətində qalsalar vəkilinə də yük olur millətinə də… Sms kimi 160 simvoladan artiq danişa bilməyən vəkillər - Heç mənə lazım da deyil
3. Marketinqi alverdən fərqləndirə bilməyən sahibkarlar
Buna uyğun tarixi bir fakt da var. Türklərin ilk "devrim" adlı maşınlarını istehsaldan saxlayan səbəb Cəmal Paşanın dili ilə desək "Garp kafasıyla otomobili yaptık şark kafasıyla benzin koymayı unuttuk". Bütün gücüylə öz biznesini ayaqda saxlamağa çalışan iş adamı öz oturduğu kreslosunun qiymətinin yarısı qədər pulu marketingə - reklama xərcləmək istəmir. Sabahını düşünməyən biznes - Heç mənə lazım da deyil
4. İşçisinə dəyər verməyən şirkət
Hal-hazirkı şəraitdən də istifadə edərək özünü zərərdə kimi göstərən və ən ağır zərbənı öz silahdaşlarına vuran şirkətlərimiz var. Şəxsən tanıdığım və maddi vəziyyətinə bələd olduğum bir şirkət haqda bu gün eşitdiklərim məni həqiqətən də kədərləndirdi. Ən əsası isə vicdanı hec bir anlayışı olmayan idarəcilər 2 aydır maaş vermədikləri işçilərini hələ bir də işsizliklə hədələyirlər… İlk çətinlikdə ən böyük zərbəni öz işcisinə vuran bir şirkət - Heç mənə lazım da deyil
5. Daim güclünün yanında olmağa çalışan zəiflər
Gəldik üz qaramıza… Zəmanə elə bir şərait qurub ki, bəzən zəif dediklərimiz bizim günahimiz ucbatından daha da zəifləyir. Bəlkə də biz varıq deyə biri güclü biri zəif olmalıdır deyə zəiflər zəif qalmağa məcbur olur. Ya da zatən bəzilərinin öz seçimləridir, yaltaqlıq alətlərini ən mahir ovçu kimi istifadə edirlər… Daim zəif qalmağa can atan zəiflər - Heç mənə lazım da deyil
6. Hələ də əvvəlki kimi işləyə biləcəyini zənn edən menecerlər
Dayılıq dövrünün bitdiyini elan etsələr də çoxları hələ də buna inanmır. Satdığı malı başqası gömrükdən keçirə bilmir deyə özlərini xəlifə hesab edən iş adamları var. Belə xəlifəyə inanan menecerler də öz həyatlarını yaşayır, işlədiklərini belə görən olmayıb, inkişafdan söhbət belə gedə bilməz. Xəlifəliyə inanan menecer - Heç mənə lazım da deyil
7. Sərçədən yox, qaranquşdan yapışanlar
Əslində bir iş görülürsə ona layiq olduğu qiymət mütləq verilməlidir. Yəni mən bu yazını səhv yazmışamsa çıxın deyinki bu hissələr səhvdi, bacarmırsan bu işi deyin. Demirəm 3 qəpiklik yazıma 5 qəpik deyin, sadəcə daha çox mütaliələrlə hər kəs öz istiqamətini seçə və təkminləşə bilər. Mütaliədən qorxan, oxuduğunun yaxşı ya da pis olduğunu anlamayanlar - Heç mənə lazım da deyil
8. Cəzasızlıq olan yerdə ədalətdən danışanlar
Və gəldik ağacın özəyinə… #deyir "Adalet mülkün təməlidir". Həmişə cəzaların ağır olmasının tərəfdarı olmuşam, çünki cəzalar nə qədər ağır olsa təkrar o cəzaya düşməmək üçün daha tədbirli və məsuliyyətli olursan. Amma burda bizim nisbilik anlayışı yenə peyda olur. Kimə və nəyə görə verilir hökmlər, yaxud da ədaləti təchiz edənlərin özlərinin ədalətə ehtiyacı varmı?! Vicdanı ilə yox cibi ilə hökm verən hakim - Heç mənə lazım da deyil
P.S: Silsiləni davam etdirmək üçün növbəni Çinarə xanima və Sənan Bəyə ötürürəm. Görək dostlarımız üçün nə lazim deyil?