Sürətlə inkişaf edən dünyada Azərbaycan gənci nələr edə bilər? Ümumiyyətlə gənclərimiz bu gün hansı şəkildə şəxsi inkişafı və ümumən toplumun inkişafına fayda verə bilər? Bununla bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Hazırda orta vә yaşlı tәbәqә insanlar sevmәdiyi işi tәk bir sәbәbә görә tәrk etmir – az-çox evinә pul aparır, ailәsinin ruzisini qazanır. İşi tәrk etsә yeni iş tapmaq ehtimalı çox azdır vә bu riskdir, bunu gözә ala bilmir.



Avtobus sürücüsü olan 50 yaşlarında, şәrti ad deyәk, Yusif dayı 14:50-dә "günorta yemәyi" yeyir – sükan arxasında avtobusu idarә edir, bir tәrәfdәn dә yanındakı paketdәn peraşki götürüb yeyir. 5 peraşki, saat 14:50-dә, sükan arxasında olarkәn – budur Yusif dayının naharı. Sonuncu peraşkisini yeyәrkәn arxadan qadın qışqırtısı eşidir:



– Demәdim saxlaaa?? Kardılar ee hamısı.
– Xanım, orda saxlamaq olmaz dayanacaq qabaqdadı.
– Yaxşı görәk, adә! Adam mindirәndә hәr yerdә saxlıyırsız ama.
– 55 manat cәrimә eliyirlәr.
– Bәsdi, görәk. Utanmır hәlә danışır.
– Utanmaz özünsәn!
– Sәnsәn utanmaz!
– Tәrbiyәsiz!
– Özünsәn tәrbiyәsiz!!!




Bu dialoq ictimai nәqliyyatdan istifadә edәn hәr kәsin eşitdiyi dialoqdur vә sürücü bir gündә bir neçә bu cür әsәbkorlayan halla qarşılaşır. 2 nәfәr әlavә götürmәk üçün digәr avtobuslarla yarışa çıxması, insanları "kartof" kimi daşıması onun әylәncә istәyindәn vә ya mәdәniyyәtsizliyinsәn yox, çarәsizliyindәn irәli gәlir. Hәlә Sovetin vaxtından sürücü işlәyәn Yusif dayı 30 ildә yalnız bu işi görüb – sürüb. Vә özünü bu sahәdә vә ya alternativ bir sahәdә inkişaf etdirmәk barәdә düşünmәyib, indi isә gecdir + şәrait dә yoxdur. Ona görә dә Yusif dayı günorta 3dә 5 peraşki ilә nahar edir, gündә onlarla insanın qışqırığını, söyüşünü eşidir, amma işlәmәyә mәcburdu. Amma Yusif dayının övladları daha geniş seçim imkanına malikdirlәr vә valideynlәrinin çәkdiyi әziyyәti çәkmәmәlidirlәr. Tәhsil problemimiz böyükdür, hәtta Qarabağ problemi qәdәr böyükdür. Bu, gәlәcәyimiz (olan gәnclәr) üçün narahat olmağa әsas verir, amma bu mövzuda ürәk açan bir şey var, o da budur ki, hazırda müxtәlif gәnclәr mәrkәzlәri, tәlim mәrkәzlәri fәaliyyәtdәdir vә gün keçdikcә hәm sayı, hәm dә keyfiyyәti artmaqdadır.



IB Club illərdir fəaliyyət göstərən, ətrafında minlərlə gənci birləşdirən dinamik, maraqlı bir klubdur. Numrəddin Hüseynov'un kluba qatdığı dəyər sayəsində bu gün minlərlə insan şəxsi inkişafını bu mərkəzdə təmin edir.





GR8 Club 8 dərsə ingilis dilinizi sürətləndirməyi təklif edir və əsası bunu çox maraqlı metodlarla edirlər. Xüsusən Coşqun Kərimov'un proseslərə yanaşması insanı əmin edir ki, burada faydalı nəsə əldə edəcək.





WOW Baku yeni fəaliyyətə başlamasına baxmayaraq böyük iddialara sahibdir və ölkə gəncliyi üçün böyük işlər görəcəklərini düşünməyə əsas verir. Telman İbrahimov'un WOW Baku haqda danışarkən gözlərindəki o işıq, göstərdiyi o həvəs və gələcəyə doğru hazırladıqları konsepsiyadan başa düşülür ki, onlar da böyük addımlar atmaq niyyətindədirlər.





Bir müddət öncə fəaliyyətə başlayan WoWoman xanımlara üçün özlərini ifadə edə bilmək, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək və bir yerdə böyümək üçün platforma yaradıb və bununla qadınların cəmiyyətə inteqrasiyasına böyük tövhə verəcəyi qənaətindəyəm ki, bu da çox gözəl addımdır.





Həmçinin Young Business Factory, Headway və başqa aktiv klub və birliklər var ki, gənclərin şəxsi inkişafı və cəmiyyətə pozitiv, dinamik, elmli və bacarıqlı bir insan olaraq qoşulmalarına yardım etmək istəyir. Bu mərkəzlərin keçirdiyi hər dərs, hər təlim gənc nəsil üçün böyük fürsətlər yaradır. Bu cür klublara, mərkəzlərə mütləq şəkildə qoşulmaq, aktiv iştirak etmək lazımdır. Təhsil sistemindəki boşluğu müəyyən qədər bununla doldura bilərik və cəmiyyətə faydalı vətəndaş kimi qoşulmaq üçün bu, şərtdir.



Növbəti yazıda bu cür dərslərdə və təlimlərdə iştirak etməklə gənclərin nələr qazana biləcəklərindən yazacam.