Almaniyanın media nəhəngi Axel Springer "Business Insider"ı almağa hazırlaşır. Almaniyanın media nəhəngi Axel Springer, 560 milyon dollar qarşılığında maliyyə və texnologiya saytı "Business Insider"ı almağa hazırlaşdığını bildirib. Müqavilənin iki həftə ərzində bağlanılacağı gözlənilir.



2007-ci ildə Wall Street analitikləri Henri Blodget tərəfindən yaradılan Business Insider, Wall Street, texnologiya və maliyyə dünyasına dair məlumatlarla qısa vaxtda böyük oxucu kütləsinə çatmışdır. Bild və Die Welt kimi Almaniya "KİBV"lərinin sahibi olan Axel Springer ötən aylarda da "Financial Times"ı almaq üçün təşəbbüs göstərmiş, ancaq Yaponiyanın yayım nəhəngi "Nikkei"yə itirmişdi.