İnsanların sistemi qurduğu, ancaq sistemin insanları idarə etdiyi bir dövrə gəldik. İşlərimiz asanlaşsın deyə sistemlər qurub, həyatımızı bu sistemin idarə etməsinə buraxdıq. Qurduğumuz bu sistemin ən bilinəni, bizi qul halına gətirəni o… İndi oxuyacaqlarınızdan sonra onu təxmin edəcəksiniz. Ən sevdiyimiz işi beynəlxalq bir şirkətdə üst rütbəli bir idarəçi olmaq xəyalları yüklədik özümüzə. Plazalarada göz oxşayan entirikaları keyfiyyətli bir yaşayış deyə paketləyib qoyduq qabağımıza.



30 gün tətil üçün bütün bir il gecəsini sonrakı gecəyə qatan aparatlara çevirdik özümüzü. 3 hərfli "Title"lərimiz altında əzildik İndi əlinizdə yas mərasiminizi deyil, "deadline"ı qaçıranda üzüntü duyacaq bir uşaqınız, gündə 10 iclası set edəbilən sizə “necəsiniz” deyəcək vaxt tapa bilməyən bir tələbəniz var. Beləliklə bütün bunlara səbəb, illərdir beynimizə həkk olunan tək bir söz "kariyer".İndi həyatdakı ən böyük uğurun kariyerimizdə irəliləmək olduğunu düşünərək həyatı yan keçən, bir sonrakı iş dağıtımında vəzifəsi yüksəlməsə depresiyaya girəcək olan bizləri təbrik edə bilərik. Bu qədər sözdən sonra uğur və xoşbəxtliyin kriteriyalarını təkrar özünüzü soruşmağınızı tövsiyyə edərəm. Səhərləri ütülü kastyumlarınızı geyinmədən əvvəl xoşbəxtliliyinizi geyinə bilirsinizmi üstünüzə ? Bunu özünüzə soruşmadan evdən çıxmayın.



Halil İşgüzarın fikirlərindən hazırlanıb