İnternet televiziya Azərbaycanda nisbətən təzə teleyayım növü sayılır. Lakin bir çox üstünlükləri hesabına teleyayımın internet üzərindən ötürülməsi texnologiyası sürətlə inkişaf etməkdədir. Azərbaycan əhalisinin 3 millionundan çoxu mütəmadi olaraq internetdən istifadə edir ki, bu da internet televiziyanın inkişafı üçün münasib şərait yaradır. Əksəriyyət internet televiziyanı alternativ televiziya növü kimi qəbul edir. Buna baxmayaraq, ölkəmizdə son illər internet xidmətlərinin keyfiyyətinin artırılması internet televiziyanın əsas teleyayım texnologiyasına çevirməkdədir.



Ehtimal etmək olar ki, artıq gələcəkdə internet televiziya ənənəvi teleyayım növlərini inkişaf templərinə görə üstələyəcək. İnternet televiziyanın kabel, çanaq anteni və efir televiziyalardan üstün cəhəti ondan ibarətdir ki, telekanalları izləmək üçün heç bir antenn və ya kabel tələb olunmur. İnternet vasitəsilə dünyanı istənilən yerindən müxtəlif videokontenti izləmək mümkündür. Bu gün bir çox yerli internet provayder öz abunəçilərinə IPTV xidməti təqdim edir. Bu xidmət vasitəsilə abunəçilər öz internet provayderi şəbəkəsində bir çox TV kanalları internet vasitəsilə izləyə bilirlər. Daha müasir və geniş imkanlara malik internet televiziya xidmətini abunəçilərə Ailə TV təqdim edir. "Ailə TV"nin IPTV xidməti OTT texnologiyası vasitəsilə təqdim olunur ki bu da o deməkdir ki, internet vasitəsilə telekanalları istənilən yerdə, istənilən internet provayderin şəbəkəsində izləmək mümkündür. Bundan əlavə televiziya kontentinin izlənməsinin 90% televizorların payına düşdüyündən abunəçilərə "Ailə TV Player"lər təqdim olunur. Bu qurğular android əməliyyat sistemində çalışırlar və istənilən televizorda internet vasitəsilə telekanalları izləmək imkanı yaradırlar.



Əlbəttə ki hər evdə smart televizorlar yoxdur, "Ailə TV Player"lər isə istənilən televizoru smart edir və daha ucuz başa gəlir. Yaxın zamanlarda yerli internet televiziya bazarında digər OTT-televiziya operatorlarının da olacağı gözlənilir. Bu videoservislərin yaranması ənənəvi televziya yayımının sonu və daha müasir interaktiv televiziya dövrünün başlamasını sürətləndirəcək. Bundan əlavə bir çox beynalxalq OTT TV operatorları da artıq ölkəmizdə xidmət göstərməyə başlamışdır. Lakin yerli provayderlərinin üstün cəhəti ondan ibarətdir ki, onlar unikal azərbaycandilli kontentlə seçilirlər. Bu xüsusilə də tez tez seəyahət edən və ya ümumiyyətlə xaricdə yaşayan soydaşlarımız üçün əla fürsətidir. İnternet televiziyanın gələcəyi artıq dumanlı deyil və bu texnologiyanı ciddi olaraq televiziya evolusiyasının növbəti mərhələsi kimi qəbul etmək olar. Bu seqmenti gələcək inkişaf templəri yalnız genişzolaqlı intenret şəbəkəsi və keyfiyyətli videokontentin inkişafından asılıdır ki, bu da yalnız vaxt məsələsidir.