Artıq Bakı taksilərində də video reklam yerləşdirmək mümkündür. İlk mərhələdə 189 Taxi xidmətinə aid 300 taksidə reklam monitorları quraşdırılıb. Effective Media agentliyi tərəfindən quraşdırılan LCD monitorlar sərnişin oturacağının qarşısında yerləşir.


Reklam blokları arasında əyləncə xarakterli videolar göstəriləcək. Bu sərnişinlərin ekranı daha maraqla izləməsinə səbəb olacaq.
189 Taxi xidməti Bakıda 2009-cu ildən etibarən fəaliyyət göstərərək bazarda ən böyük sifarişli taxi xidməti təklif edən şirkətə çevrilmişdir. Xidmətin müştəri bazası əsasən B və B+ kateqoriyasına aid olan insanlardan ibarətdir.
Reklam imkanları haqqında ətraflı məlumat üçün təqdimatı yüklə
Effective Media marketinq həlləri üzrə ixtisaslaşmış media agentlikdir. Şirkət həm mövcud media kanallarının effektiv istifadə edilməsi həm də yeni həllərin yaradılması istiqamətində fəaliyyət göstərir.