TMZ-yə istinadən bildirilir ki, ətrin yeni reklamının çəkilişləri gələn həftə Parisdə olacaq.
Pitt "Chanel" ətrinin reklamında çəkiləcək ilk kişi olacaq.

48 yaşlı Pittin 90 illik tarixə malik ətri istehsal edən şirkətlə imzaladığı anlaşmanın məbləği açıqlanmasa da, onun milyonlarla dollar olduğu bildirilir.
"Chanel No.5" ətrini atası rus, anası fransız olan parfümer Ernest Bo yaradıb və bu ətrin ilk reklam siması Koko Şanel olub.

Sonralar ətrin reklamlarına Merilin Monro, Katrin Denöv, Vanessa Paradi, Keyt Moss, Nikol Kidman, Karol Buke və Kira Naytli çəkiliblər.
Bred Pitt London yaxınlığındakı Riçmond şəhərində özünə yeni malikanə də alıb.