2015-ci ilin 24-25 Aprel tarixində Bakıda iş adamları üçün professor Mixael Kolontayın Antiböhran idarəetmə: 7 zəruri addım adlı yeni seminar təşkil olunacaq. Rusiyanın ən aparıcı məsləhətçi və biznes məşqçilərindən biri, geniş praktiki və tədris təcrübəsi olan ekspert Mixael Kolontay seminarın iştirakçılarına İqtisadi böhran dövrlərində ən effektiv tədbirlərdən danışacaq.



Şirkətlər bu yanaşmalardan və metodlardan istifadə edərək özləri üçün böhranın fəsadlarını yumşalda və gələcəkdə müştərilər üçün öz cazibəsini saxlaya bilər. "Antiböhran idarəetmə" seminarına qeydiyyatdan keçmək və seminar haqqında ətraflı məlumatı "Express Group" şirkətinin ofisindən əldə etmək olar


012 – 4974875


055 – 4800150


info@strategy.az



Xatırladaq ki, Facemark.az saytı "Antiböhran idarəetmə: 7 zəruri addım" seminarının media partnyoru oldu.