Bu il Golden Hammer beynəlxalq reklam festivalı 9-11 İyun tarixlərində, Baltik dənizinin ən canlı istirahət güşəsi olan Yurmalada baş tutacaqdır. Regionun əsas beynəlxalq festivalı olan 16-cı "Golden Hammer" reklam festivalının bu ilki proqram-cədvəli seminarlarla boldur və əlbəttə ki, sənaye peşəkarlarının işləri qiymətləndirəcəkləri və mükafatlandıracaqları mükafatlandırma mərasimi olacaqdır. Festival brendə dəyər qatan yaradıcı və orijinal ideyaları mükafatlandırma ənənəsini bu il də davam etdirəcəkdir.



Buna paralel olaraq, jürinin sessiyaları və dünyanın bir çox yerlərindən olan reklam və komunikasiya agentliklərinin liderlərinin qlobal sənayenin trendləri haqqında olan seminarları baş tutacaqdır. Təbii olaraq, festival zamanı digər peşəkarlarla görüşüb hazırki və gələcəkdə olacaq yeniliklər haqqında müzakirə aparmaq və onlardan ilham, təcrübə və beynəlxalq əlaqələr əldə etmək imkanı olacaqdır. Bu ilki yarışmada 13 kateqoriyadan olan işlərlə qatılmaq olar. Kateqoriyalar bu cürdür: film, çap, outdoor, radio, interaktiv, dizayn, media, birbaşa, promo və aktivliklər, PR, sənət və sosyal. Bu ilki jürilər Avropanın 12 ölkəsindən olan, tanınmış reklam sənayesi liderləridir:



Thomas Le Thierry d'Ennequin: Global President of Vizeum, Fransa


Anna Campbell: Business Development Director of OMD EMEA, Birləşmiş Krallıq


DanilGolovanov: Main Pepperof Red Pepper Agency ,Rusiya


KristofferReppen: Creative Director of Saatchi & Saatchi, Norveç


Michal Pastier: Creative Director of Zaraguza digital, Slovakiya


Ann Maes: Managing Director of Ogilvy Public Relations, Belçika


Dominykas Žilėnas: Creative Director of AdellTaivas Ogilvy, Litva


Simon Shaw: Chief Creative Officer of Hill & Knowlton Strategies, Birləşmiş Krallıq


Olga Kazaka: Partner ofA.W. Olsen & Partners, Latviya


Stefan Schmidt: Creative Director & Partner of dieckertschmidt, Almaniya


Peter Karvinen: Creative Director of Nydrle, Cexiya


Jaroslav Serduk: Strategic Planning Director of Banda Agency, Ukrayna


Martin Woska: Creative Strategy Director and Co-Owner of Triad, Slovakiya


AnsisŠtāls: Managing Director of Mindshare, Latviya


Frank Wolfram: Chief Technology Officer, Geometry Global EMEA, Almaniya


Kerstin Raidma: Art Director of Tabasco, Estoniya


Alemsah Ozturk: Chief Happiness Officer and Founder of 41?29!,Türkiyə


Joanna Bakas: Managing Partner of LHBS, Almaniya


Karolina Galacz: Creative Group Head of Y&R Budapest, Macarıstan


Raimonds Platacis: Creative Director of Abnormal, Latviya


Alpo Räinä: Partner, CEO and Strategy Consultant of Mailand Communications, Finlandiya


Tomas Nemura: PartnerThe Chocolate, Litva


Mihail Elagin: Executive Chief Creative TWIGA, Rusiya


Edijs Majors: Creative Director of Burzum, Latviya


Alice Botaro: Creative Director of DDB Berlin, Almaniya



Golden Hammer festivalı reklam və marketinq komunikasiyaları ilə əlaqəli olan hər bir kəs üçün açıqdır. Xüsusi olaraq qeyd edək ki, Azərbaycandan olan işləri qeydiyyata alarkən GOLDEN HAMMER AZERBAYCAN endirim kodundan istifadə edərək, işlərinizi endirimlə qeydiyyatdan keçirə bilərsiniz. 16-cı "Golden Hammer" beynəlxalq festivalı 9-11 İyun tarixlərində baş tutacaqdır. Ədətən Riqada baş tutan tədbir bu il, Yurmala sahillərinə köçür. Daha ətraflı məlumat üçün festivalın saytını ziyarət edin:http://goldenhammer.eu/ və ya əlaqə saxlayın:



Anna Muhka, Head of Communications


anna.muhka@goldenhammer.eu


+371 29474534