2015-ci ilin 23-24 Aprel tarixində Bakıda iş adamları üçün professor Mixael Kolontayın Antiböhran idarəetmə: 7 zəruri addım adlı yeni seminar təşkil olunacaq. Rusiyanın ən aparıcı məsləhətçi və biznes məşqçilərindən biri, geniş praktiki və tədris təcrübəsi olan ekspert Mixael Kolontay seminarın iştirakçılarına İqtisadi böhran dövrlərində ən effektiv tədbirlərdən danışacaq. Şirkətlər bu yanaşmalardan və metodlardan istifadə edərək özləri üçün böhranın fəsadlarını yumşalda və gələcəkdə müştərilər üçün öz cazibəsini saxlaya bilər.



Seminarın məzmunu



1. Hazırki vəziyyətin analizi. İqtisadiyyatda nələr baş veirir? Böhranın özünü biruzə etdirmə formaları. Şirkətlərin ona qarşı göstərdiyi reaksiyaları. Beynəlxalq təcrübədən misallar.



2. Bazarda qalmaq üçün zəruri addımlar. TOWS analizi. İlk növbədə şirkətlər tərəfindən hansı addımlar görülməlidir? “Konservativ strategiya” anlayışı.



3. Şirkətin böhran zamanı apardığı kadr siyasəti. Əməkdaşları ixtisara salmaq vacibdirmi? Onların şirkətdə saxlanılması və qeyri-maddi motivasiya üsulları.



4. Xərclərin azaldılması. Nədə qənaət etmək olmaz? Məsrəflərin “Dəyər zənciri” modelinin əsasında optimallaşdırılması.



5. İstehlakçıların yeni tələblərinin üzə çıxarılması. Bunu qənaətli və çevik şəkildə necə etmək olar?



6. Antiböhran satış və qiymətlərinin formalaşdırılması. Böhran zamanı B2C və B2B bazarlarında satış və qiymətlərin idarə edilməsi.



Professor Mixael Kolontay haqqında ətraflı məlumat:



1. Rusiya Federasiyasının Prezidenti yanında RXTDQA maliyyə və İdarəetmə Ali Məktəbinin professoru


2. Coca-Cola, Johnson & Johnson, Phillip Morris, VimpelCom, Adamas və Mittal Steel kimi böyük rus və xarici şirkətlərin biznes məsləhətçisi


3. "CIM"də (Chartered Institute of Marketing, England) akkreditasiya olunmuş müəllimdi


4. Ali İqtisad Məktəbinin (AİM), MBBAM İnstitutun, Rusya İdarəetmə Məktəbinin (RİM) və RF Prezidentin yaninda RXTDQA Maliyyə və İdarəetmə Ali Məktəbinin (MİAM) "Strateji marketinq" və "Strateji İdarəetmə" fənnlərin müəllimi


5. 40-a yaxın elmi işin o cümlədən idarəetmə və marketinq üzrə 4 kitabın müəllifidir



"Antiböhran idarəetmə" seminarına qeydiyyatdan keçmək və seminar haqqında ətraflı məlumatı "Express Group" şirkətinin ofisindən əldə etmək olar


012 – 4974875


055 – 4800150


info@strategy.az