"Tesla" 2015-ci ilin birinci rübündə toplam 10 min 30 avtomobil təslim edərək tarixin ən yüksək sayına çatdı. Şirkətin açıqladığı rəqəm əvvəlki ilin eyni dövrünə görə yüzdə 55 nisbətində bir artıma işarə edir. Tesla, 2014-cü ilin son rübündə 9 min 834 avtomobil təslim etdiyini açıqlamışdı. 2015-ci ilin birinci maliyyə rübünün nəticələrini May ayının əvvəlində açıqlayacağını bildirən Tesla, bu tarixdən əvvəl avtomobil olmayan yeni bir məhsul tanıdacağını da bildirib.