Aprel ayının 11-də Minsk şəhərində 7-ci dəfə baş tutacaq beynəlxalq marketinq və reklam festivalı, Şərqi Avropanın və MDB dövlətlərinin ən qabaqcıl festivalı "White Square" üçün işlərin təhvil verilməsi başa çatır. Hələ də işlərini yekunlaşdırmayan və iştirak etməyə gec qərar verən şəxslər üçün bir şans var.



İşlər rəsmi internet səhifəsində qəbul olunur: www.adfest.by. Festivalda iştirak etmək üçün ərizə formasını doldurmaq və onu info@adfest.by ünvanına göndərmək kifayətdir.



Və ya festivalın rəsmi internet saytında qeydiyyatdan keçmək lazımdır. Bu il Mİnsk şəhərində Aprel ayının 23-25 tarixlərində keçiriləcək olan "White Square" adəti üzrə festival mövsümünü açıq elan edir. Bir daha xatırladaq ki, estivalıda 13 müsabiqə var: televiziya reklamı, çap, qrafik və rabitə dizayn, yarlıq qablaşdırılması, açıq hava reklamı, radioreklam, interaktiv reklam, media layihələri, TL, PR və DM layihələri, reklam kampaniyaları, marketinq effektivliyi, innovasiya, sosial reklam. Bu müsabiqənin işləri yaradıcı münsiflər heyəti, dizayn münsiflər heyəti, marketinq münsiflər heyəti, interaktiv münsiflər heyəti, sosial reklam münsiflər heyəti tərəfindən qiymətləndirəcəkdir. İşlərin qiymətləndirilməsi üçün əsas meyarlar orijinallıq, fikir yeniliyi və onun həyata keçirilməsi keyfiyyətləridir. "White Square"də mühakimə qərəzsizlik, obyektivlik və peşəkarlıq prinsipləri ilə tənzimlənir. Hər bir kateqoriya üzrə münsiflər heyətinin sədri müəyyənləşdi. estivalın şərtləri, işlərin qəbulu və daha ətraflı məlumatı rəsmi internet saytından www.adfest.by+37517 2174171, + 37517 2174161, + 37517 3064473 əlaqə nömrələrindən əldə etmək olar.