23-25 Aprel tarixlərində Minsk şəhərində 7-ci dəfə beynəlxalq marketinq və reklam festivalı olan Şərqi Avropanın və MDB dövlətlərinin ən qabaqcıl festivalı "White Square" keçiriləcək.



Festival hər il dünyanın 25 ölkəsindən təqdim olunmuş işləri və iştirakçıları qəbul edir. Müsabiqənin işləri yaradıcı münsiflər heyəti, dizayn münsiflər heyəti, marketinq münsiflər heyəti, interaktiv münsiflər heyəti, sosial reklam münsiflər heyəti tərəfindən qiymətləndirəcəkdir.



İşlərin qiymətləndirilməsi üçün əsas meyarlar orijinallıq, fikir yeniliyi və onun həyata keçirilməsi keyfiyyətləridir. "White Square"də mühakimə qərəzsizlik, obyektivlik və peşəkarlıq prinsipləri ilə tənzimlənir. Hər bir kateqoriya üzrə münsiflər heyətinin sədri müəyyənləşdi.





Festivalın əsas mükafatı olan "Grand Prix" ali münsiflər heyətinin tərkibi tərəfindən müəyyənləşdiriləcək.





İşlərin təhvil verilməsi üçün son tarix Martın 28-dir. Hələ də marketinq və reklam sahəsində ən yaxşı keysləri, video və radio çarxları, nişanları, loqoları, qablaşdırma və müxtəlif layihələri hazırlamaq üçün vaxt var. Festivalda iştirak etmək üçün ərizə formasını doldurmaq və onu info@adfest.by ünvanına göndərmək və ya festivalın rəsmi internet saytında qeydiyyatdan keçmək lazımdır. Festivalın şərtləri, işlərin qəbulu və daha ətraflı məlumatı rəsmi internet saytından www.adfest.by+37517 2174171, + 37517 2174161, + 37517 3064473 əlaqə nömrələrindən əldə etmək olar.