27 aprel 2012, Bakı: Hər zaman yeniliklərə imza atan və ölkənin ilk 3G mobil operatoru olan Nar Mobile abunəçilərini Azərbaycanda ən sürətli mobil internet və rabitədən istifadə etməyə imkan verəcək yeni texnolgiyanın tətbiqinə hazırlaşır.Bir müddət əvvəl şirkət maraqlı açıqlama vermişdi. Belə ki, tam olaraq öz şəbəkəsini modernizə etdikdən sonra, Nar Mobile dördüncü nəsil(LTE)texnologiyasına əsaslanan xidmətləri göstərməyə hazır olacağını elan etmişdir. Artıq bu gün isə şirkət adı çəkilən xidmətləri göstərməyə hazır olduğunu və bununla da abunəçilərindən son mobil rabitə texnologiyalarından istifadə etməyə imkan verəcəyini diqqətə çəkir. Hazırda bu xidmətin həyata keçirilməsi üçünRabitə İnformasiya və Texnologiyalar Nazirliyi ilə danışıqlar gedir. Razılıq əldə olunannan sonra abunəçilər daha sürətli internet və mobil rabitədən istifadə edə biləcəklər.
“Nar Mobile yarandığı gündən etibarən mobil rabitə sahəsində dünya təcrübəsi və ən qabaqcıl texnologiyaları tətbiq etməklə istehlakçılara ən müasir xidmətlərin təqdim olunmasını fəaliyətinin əsas prinsipinə çevirmişdir.Azərbaycana ilk 3G mobil texnologiyanı gətirən və bu sahədə böyük təcrübəsi olan Nar Mobile texniki şəbəkəsini təkmilləşdirməklə,dördüncü nəsil (LTE)texnologiyasına əsaslanan xidmətləri göstərməyə hazırdır. LTE texnologiyası tətbiqi kommersiya baxımından çox böyük investisiyalar tələb edir. Bundan başqa, ölkəmizdə uğurlu LTE texnologiyasına əsaslanan mobil rabitə xidmətini göstərmək üçün hər üç mobil operatorunbirgə yanaşması lazımdır. Bu cür yanaşma LTE xidmətlərinə ehtiyacı olan hər kəs üçünyüksək sürətli internetden istifadəni mümkün edəcək. Nar Mobile hər zaman innovativ yeniliklər axtaran və sizlər üçün mükəmməl xidmət göstərməyə çalışan şirkətdir” – deyə şirkətin Baş Direktoru Yurgen Pitz bildirmişdi.
LTE dördüncü nəsil rabitəsiz mobil xidmətinə aiddir. Məlumatın ötürülməsi təxminən 326,4 mb\s təşkil edir.
Nar Mobile brendi ilə ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkədə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.