Artıq yeddinci dəfədir ki, Aprel ayının sonunda dünyanın müxtəlif ölkələindən olan reklam təmsilçiləri Belarusiyanın paytaxtı Minsk şəhərində beynəlxalq marketinq və reklam festivalı olan "White Square”də toplanır.



Festival Belarusiyanın marketinq və reklam sahəsində önəmli hadisə hesab olunur. Festival, mövsümü açır və 2015-ci ili kreativ il elan edir. Müsabiqənin işləri festivalın rəsmi internet saytı olan www.adfest.by artıq qəbul olunur.



Bu il işlərin qəbulu qeydiyyatın ərizə şəklində olması ilə böyük nisbətdə asanlaşdırmışdır. Ənənəyə görə festivalda 23.01.2015 tarixinə qədər işləri təhvil verən kəslərə daha sərfəli şərtər təqdim olunacaq. Xatırladaq ki, “White Square” festivalında 13 müsabiqə var: televiziya reklamı, çap, qrafik və rabitə dizayn, qablaşdırma, açıq hava reklamı, radio reklam, interaktiv reklam, media layihələri, BTL, PR və DM layihələr, reklam kampaniyaları, marketing səmərəliliyi, yenilik, sosial media reklamı.



Artıq yeddinci dəfədir ki, keçirilən festivalıda işləri münsiflər heyəti qiymətləndirəcəkdir: yaradıcı münsiflər heyəti, dizayn münsiflər heyəti, marketinq münsiflər heyəti, interaktiv münsiflər heyəti, reklam münsiflər heyəti, sosial reklam münsiflər heyəti. Ənənəvi olaraq “White Square"nin “Grand Prix” seçimi yüksək tərkibli münsiflər heyəti tərəfindən seçiləcək. VII «White Square"nin Təhsil proqramı ən mükəmməl biri olacağınıza söz verir. Təhsil proqramının ana xəttini yeni dəyərlər üçün axtarışlar təşkil edəcək. "White Square" həmçinin partnyorluq üçün də açıqdır.



Parlaq fikirləri və əməkdaşlıq üçün olan təklifləri Fevral ayının 1-nə qədər festival@adfest.by ünvanına göndərə bilərsiniz. Təhil proqramından tutmuş qaliblərin elan olunma mərasiminə kimi Festivalın bütün tədbirlərində iştirak etmək fürsəti, şənliklər, münsiflər heyətinin üzvləri ilə açıq mətbuat konfransı ərizə formasını doldurmaqla və info@adfest.by ünvanına göndərməklə mümkün olacaqdır. Festivalın qonaqları festivalı daha da zəngin edən Minsk şəhərində maraqlı ekskursiya səfərləri edə biləcəklər.



Bu isə festivalı daha parlaq və yaddaqalan günlərlə zəngin edəcək. Məhz elə bu və ya digər səbəblərdən 2015-ci ilin Aprel ayında artıq 7-ci dəfə keçiriləcək olan “White Square” festivalına qatılın və maraqlı günlər keçirin. Festivalda iştirak etmək artıq kimin üçünsə qalib olmaq, kimin üçünsə qızıl mükafat, kimin üçünsə peşəkar təcrübə, kimin üçünsə yeni tanışlıqlar üçün fürsət deməkdir. Festival haqqında daha ətraflı məlumatı rəsmi internet saytından əldə etmək olar: www.adfest.by