“Sony Pictures Entertainment”in Milad ərəfəsində Microsoft, Google və bir müddət sonra Apple və Amazon dəstəyi nümayiş olunan filmi “The Interview”ın online kanallardan əldə etdiyi gəlir 31 milyon dolları keçdi.
Çərşənbə axşamı etdiyi şərhdə Sony,” The Interview”ın şirkət üçün bütün zamanların ən müvəffəqiyyətli online filmi olduğunu söyləyib. Filmin kino salonlarındakı gəliri isə bu günə qədər 5 milyon dollara çatıb. “The Interview” ilk dörd günündə, internetdəki nümayişindən 15 milyon dollar gəlir əldə etmişdi.