“Amazon” şirkəti “ABŞ”da Şükran Günü yəni 27 Noyabr tarixində başlayan bir aylıq tətil mövsümündə yeni bir rekordu təzələdiyini bildirdidi. 20-ci bayram mövsümündə dünya daxilində 10 milyon yeni Prime üzvü qazandığını bildirən şirkət, bu müddətdə ümumi 185 ölkəyə sifariş göndərib.



Şirkət bayram mövsümündən öncə New Yorkda yaşayan Prime üzvləri üçün bir saat içərisində sifariş çatdırılmasını təmin edən “Amazon Prime Now” kimi çox sayda yeni təklifi təqdim etməyə başlamışdı. “Amazon.com” müştərilərinin təxminən 60 %-nin alış-verişinin mobil tətbiq üzərindən etmiş olmaları da bir digər əhəmiyyətli mövzudur.