“Cristal Festival”ın sonuncu günündə son mükafatçılar da açıqlandı. Sonuncu gündə Marketing innovasiya, Radio, İstehlakçı Marketinqi, Film, Lyuksvə digər bölmələr üzrə Cristal (qızıl), Sapphire (gümüş) və Emerald (bürünc) mükafatçılar mükafatlarını aldılar.



Hər zaman olduğu kimi Fetsivalın sonuncu günü üçün olan Grand Cristal qalibləri də öz mükafatlarını jüri prezidentləri tərəfindən aldılar. Tədbirin sonunda isə “İlin Holdinqi”, “İlin Media şəbəkəsi”, “İlin kreativ şəbəkəsi”, “İlin agentliyi”, “İlin müstəqil agentliyi” və “İlin mediya agentliyi” üçün olan reytinqlər açıqlandı.




FESTIVAL GRAND CRISTAL: kampaniya - Speaking Exchange, sifarişçi - CNA, agentlik - FCB Brazilya




REKLAMÇILAR GRAND CRISTALI: kampaniya - Inglorious Fruits & Vegetables, sifarişçi - Intermarché, agentlik - Marcel, Fransa





QLOBAL LİDERLİK GRAND CRISTALI: kampaniya - #Like A Girl, sifarişçi - P&G, agentlik - Leo Burnett Toronto /Çikaqo / London / Holler





JURNALİST GRAND CRISTALI: kampaniya - du - Two for One Tickets Campaign, sifarişçi - du Telecommunications, agentlik - Leo Burnett Dubay, BƏƏ






İSTEHLAKÇI MARKETİNQİ GRAND CRİSTALI: kampaniya - Inglorious Fruits & Vegetables, sifarişçi - Intermarché, agentlik - Marcel, Fransa






İSTEHLAKÇI MARKETİNQİ YAXIN ŞƏRQ VƏ ŞİMALİ AFRİKA GRAND CRİSTALI: kampaniya - Preserving Pride - sifarişçi - Henkel, agentlik - DDB Dubay, BƏƏ






MARKETINQ İNNOVASIYASI GRAND CRİSTALI: kampaniya - Kaan Khajura Teshan, sifarişçi - Hindustan Unilever, agentlik - PHD, Hindistan





QEYRİ HÖKÜMƏT TƏŞKİLATI REKLAMI CRISTALI: kampaniya - To Delay Means To Kill, sifarişçi - Lizaalert, agentlik - Twiga, Rusiya





Tədbirin ən önəmli mükafatı olan KREATIV KRISTAL AKADEMIYA GRAND CRISTALI: kampaniya - Inglorious Fruits & Vegetables, sifarişçi - Intermarché, agentlik - Marcel, France