ADFEST 1998-ci ildən bu yana hər il keçirilən reklam festivalıdır. Festivala Asiyadan olan kreativ işlər nümayiş olunur. Festival Asiya qitəsinin reklam sənayesinin müxtəlifliklərini diqqətə çatdırmaqdan ötrü, bu il ilk dəfə Yaxın Şərqdən də kreativ işlərin qəbulunu həyata keçirəcəkdir.
“ADFEST”in işi yalnızca kreativ işləri qiymətləndirmək və tanıtmaq deyil, festival eyni zamanda iştirakçılara Asiyanın ən yaxşı işlərini izləmək, möhtəşəm spikerləri dinləmək və ideya alış-verişi kimi əla fürsətlər təqdim edir.
ADFEST 2015-ci ildə 19-21 Mart tarixlərində Pattaya, Taylandda keçiriləcəkdir. Xatırladaq ki, Facemark.az saytı bu ildən “ADFEST”in media partnyorudur