Beynəlxalq CANNES LIONS Kreativlik Festivalı(rəsmi şəkildə Beynəlxalq Reklam Festivalı), reklam və ona yaxın sahələrdə işləyənlər üçün qlobal tədbirdir. 7 günlük festival, Lion mükafatlarına daxildir və hər il Kann şəhəri, Fransada Palais des Festivals et des Congrès-də keçirilir.Festival 2011-ci ildə 19-25 iyun tarixlərində keçirilib, bu il isə 17-23 iyun tarixlərində keçiriləcək.


Adətən bu festival dünyanın ən böyük reklam festivalı adlandırılır və illik tədbir bir qayda olaraq dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə nümayəndəliklər festivalda qısa siyahılı işlərini göstərir, seminarlarda iştirak edir, tədbir iştirakçıları mütəxəsislərdən dərs alır və WPP's Sir Martin Sorrell-ə görə “hurly burly-dan bir az uzaqlaşırlar” və ”əylənirlər”. Bir həftəlik tədbir fəaliyyətinə dörd mükafatlandırma mərasimiaiddir.


Tarixi


Kann Şirləri Beynəlxalq Kreativlik Festivalı dünyaca məşhur reklam peşəkarlarının, dizaynerlərin, digital ixtiraçıların və marketoloqların iştirak etdiyi ən böyük tədbirdir. Hər il festivalda dünyanın 90 ölkəsindən 9.000 qeydiyyatdan keçmiş sənaye sahələrinin müzakirəsindəbir-biri ilə ünsiyyət qurmaq üçün iştirak edirlər.


Dünyadan minlərlə reklam çarxları nümayiş və müzakirə olunur.Qlobal iqtisadi böhran səbəbindən müraciətlərin iki il müddətində azaldılmasından sonra 2011-ci ildə rekord sayda-28.282 müraciət qəbul olunmuşdu.


1940-cı ildən bəri Kannda təqdim olunan Beynəlxalq Film Festivalından ilhamlanan bu festivaldaScreen Advertising World Association (Sawa)-na daxil olan bir qrup reklam podratçılar qərara aldılar ki, reklam çarxlarının istehsalçıları da eyni səviyyədə tanınmalıdırlar və onlar ilk dəfə 1954-cü ildə 14 ölkədən 187 müraciət ilə birlikdəİtaliyanın Venesiya şəhərində baş tutan Beynəlxalq Reklam Film Festivalının əsasını qoydular.Venesiyadakı Piazza San Marcoda olan şir “Lion trophy” üçün ilham mənbəyi oldu.


İkinci festival Monte Karlo və üçüncü festival Kannda keçirildi. Bundan sonra, 1984-cü ilədək festival ya Venesiya,ya da Kannda keçirilirdi. Festivala illər keçdikcə yeni kateqoriyalar da əlavə olundu: 1992-ci ildə press üzrə; 1998-ci ildə the Sibir Lions;1999-cu ildəMedia Şirləri;2002-ci ildə Direct Şirlər; 2005-ci ildə Radio və Titanium Şirləri; 2006-cı ildə Dizayn Şirləri; 2009-cu ildə PR Şirləri; 2010-cu ildə Film Craft və 2011-ci ildə Kreativ Effektivlik üzrə keçirilib.


1990-cı illərdə festival zamanı seminarların keçirilməsi düşünüldü,bununla belə iştirakçılar seminarlar zamanı yeniliklərlə də tanış olacaqlar. Bu illər ərzində festival əhəmiyyətli dərəcədə inkişaf edib və 2011-ci ildə 7 gün ərzində 90-a yaxın sessiya keçirilib. Buraya: will.i.am, Patti Smith, James Murdoch, facebook's Carolyn Everson, Piers Morgan, Aaron Sorkin, David Simon Eric Schmidt haqqında söhbətlər daxil idi.


2004-cü ildə britaniyalı yazıçı və konfrans təşkilatçısı EMAP festivalı fransalı iş adamı Roger Hatchueldən aldı, hansı ki,məlumata görə 52 milyon müqabilində 1987-ci ildən idarəçilikdə idi. Philip Thomas icraçı əməkdaşdır. Hal-hazırda festivala Terry Savage sədrlik edir.


59-cu İntenational CANNES LİONS Festivalıbu ilin iyun ayinin 17-23-ü arası keçiriləcək və Facemark.az saytı da bu il keçirələcək festivalın Azərbaycandakı rəsmi mediya əmədaşıdır və rəsmi razılaşma ilə festivalın reklam banneri artıq 1 aya yaxındır ki, ölkəmizdə yayımlanmaqdadır. Festivalın digər media tərəfdaşlarını görmək üçün aşağıdakı linkə baxa bilərsiniz.


Link: http://www.canneslions.com/press/media_supporters.cfm