Chrysler Mərkəzi yazda ailəsi və dostlarını tez-tez istirahətə aparan, xarizmatik dizaynlı və dinamik avtomobil sürməkdən həzz alan kişilər üçün kampaniyaya başlayıb. Mayın sonunadək 3.6 litrlik mühərrikli Dodge Durango Crew və Citadel modelini nağd alanlara 3 illik sığorta hədiyyə ediləcək. Kreditlə alanlar üçün isə illik bank faizi 14% və ilkin ödəniş sadəcə 15% təşkil edəcək. Qeyd edək ki, kampaniyayadək kreditin bank faizi 18%-dən başlayırdı.
Dodge Durango böyük - 7 yerli SUV həvəskarları üçün nəzərdə tutulub. İdarə olunmağa xüsusi əhəmiyyət verən avtomobilin dizaynında idman ruhu və aqressiv stil aydın nəzərə çarpır. Dizayn tendensiyaları getdikcə feminləşən dünya avtomobil sənayesində onu nadir brutal avtomobillərdən sayırlar. 5075 mm uzunluğu olan Durango dünyada ən uzun SUV-lərdəndir. Sonuncu - 3-cü sırada sərnişin üçün 80 sm ayaq məsafəsi tam həcmli SUV-lər arasında ən böyük göstəricilərdən sayılır. 290 at güclü müasir 3.6 litlik V6 mühərriki ilə Durango həm də qənaətcildir: dolu yanacaq çəni ilə 804 km məsafə qət edir.
Durango baza versiyasında zəngin komplektasiya təklif edir: sensorlu 6.4 düym ölçülü monitor, 40 GB yaddaş diski, park radarı, kamera, yaddaş paketi, lyuk kimi opsiyalar qiymətlə təchizatın mükəmməl balansıdır. Öz sinfi üçün nadir funksiyalar olan mühərrikin uzaqdan pultla işə salınması və baqaj qapısının pultla açılıb-bağlanması Azərbaycan avtomobil həvəskarlarına standart avadanlıq kimi təklif edilir.
Durango modelinin satış qiyməti 39500 AZN-dən başlayır. Zavod istehsalı olan, orijinal arxa video monitor sistemli Durango-nun qiyməti 42000 AZN-dir.
Qeyd edək ki, Azərbaycanda Chrysler Korporasiyasını Auto Azerbaijan şirkəti təmsil edir. 1996-cı ildən Hyundai avtomobillərinin eksklüziv distribüteri olan Auto Azerbaijan yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb və avtomobil bazarının liderinə çevrilib. 2011-ci ildən başlayaraq, Auto Azerbaijan şirkəti Amerikanın Chrysler Korporasiyasına daxil olan Jeep, Dodge və Chrysler avtomobillərinin rəsmi distribüteridir.
Dodge Durango
(http://www.dodge.com.az/body.php)
Auto Azerbaijan
(http://www.autoazerbaijan.az/)