KSM Azərbaycanın “KreAktiv” dizayn yarışması bütün dünyanın nəzərini özünə çəkib. Avropanın nəhəng kreativ agentliklərindən biri - “Creative Society”-nin də təşkilatçılıq etdiyi müsabiqənin elanları və bannerləri agentliyin rəsmi internet səhifəsində və digər xəbər saytlarında  işıqlanır. Yarışma Avstriyanın nüfuzlu xəbər saytlarından olan “Horizont”un da diqqətini cəlb edib və sayt “Kreaktiv” haqda informasiya yayıb.


http://www.horizont.at/home/detail/kreaktiv.html?cHash=df536ec40503dc063dc48ef7cfedd131


Xatırladaq ki, “Kreaktiv” məqsədi yaradıcı düşüncə tərzinə malik gənclər üçün öz bacarığını göstərmək imkanıdır .


KSM Azərbaycan şirkətivə Creative Society agentliyinin təşkilatçılığı, DəmirBank, İdeal perfumery&cosmetics’in sponsorluğu, Facemark informasiya və  KOKON kreativ agentliyinin dizayn dəstəyi ilə həyata keçirilən müsabiqə 2 mərhələdən ibarətdir.


Birinci mərhələdə iştirakçılar  aşağıdakı sahələrdən biri üzrə loqotip, sloqan, video-çarx, animasiya və  ya 3D qrafika şəklində öz işlərini göndərməlidirlər:


·        bank


·        geyim


·        qida sektoru,


·        telekommunikasiya


·        təhsil


Online səsvermə və münsiflərin səsverməsi ilə birinci mərhələdən keçən 10 kreativ iş ikinci mərhələyə keçəcək. Müsabiqənin qalibləri aşağıdakı kimi mükafatlandırılacaq:


I yer:
Beynəlxalq Brandmarker Kongresi 2012-də iştirak vəsiqəsi
DəmirBankın Gold plastik kartı və pul mükafatı
İdealdan 300 AZN-lİk vauçer + hədiyyələr

II yer:


DəmirBankdan Gold plastik kartı və pul mükafatı


İdealdan 200 AZN-lİk vauçer + hədiyyələr

III yer:
DəmirBankdan Gold plastİk kartı və pul mükafatı
İdealdan 100 AZN-lİk vauçer + hədiyyələr


Müsabiqənin münsiflər heyəti:


Creative Society – Stefan Bock (Avstriya)
BBDO – Hugo Corredor (Kolumbiya)


Young and Rubicam – Martin Nino Goldberg (Argentina)


KSM Azərbaycan – Rəşad Camal (Azərbaycan)
Peşəkar Fotoqraf – Orxan Aslanov (Azərbaycan),


Video Çarxlar üzrə mütəxəssis – Sarvan Qədirov (Azərbaycan)
Dizayner – Samir Hüseynov (Azərbaycan)


 


İşlər aprelin 16-a qədər qəbul olunacaq.


Əlaqə:


E-mail: kreaktiv@csraz.com


www.csraz.com/kreaktiv


Tel: 050 282 00 12


050 282 00 13