Moda dünyasının məşhur adlarından İtalyan Roberto Cavalli, şirkətinin böyük bir hissəsini ABŞ tərəfindən sanksiya siyahısına daxil edilmiş VTB Bankın sərmayə şirkətinə satmağı düşünür. İtalyan Roberto Cavalli şirkətinin böyük hissəsini “VTB Capital”a 500 milyon Avroya sata bilər.



“VTB Capital”, “Cavalli”nin 60% hissəsi üçün 500 milyon Avro təqdim etməyə hazırlaşır. Cavallinin isə 5 ildir şirkəti üçün yaxşı bir sərmayədar axtardığı bildirilir. “VTB Capital”ın isə indiyə qədər moda biznesində sərmayəsi olmayıb.