"Time Warner" ilə "Fox" şirkətləri arasında media sektorunun ən böyük şirkətini meydana gətirəcək razılaşma baş tutmayıb. Rupert Murdochun sahibi olduğu Fox kanalı, Time Warner üçün etdiyi 80 milyard dollarlıq təklifini geri götürmək barədə qərar verib.



Murdoch, Time Warnerin idarə heyətinin və rəhbərlərinin təklifə isti baxmamalarının razılaşmanın reallaşmamasına təsir göstərdiyini söyləyib. Təklifin geri götürülməsi media mütəxəssisləri arasında çaşqınlığa səbəb olub.