Aprelin 3-də Azərbaycanın mobil rabitə operatoru Azerfon, “Azərbaycan Hava Yolları” QSC (AZAL) və İsveçrənin OnAir şirkəti AZAL təyyarələrinin sərnişinlərinə bütün rabitə xidmətlərinin göstərilməsi üzrə layihənin işə salındığını elan ediblər.
İlkin mərhələdə 12 hava gəmisində rabitə xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
“Hava gəmilərində mobil rabitə Amsterdamda yerləşən yeganə yerüstü stansiya vasitəsilə idarə olunur”, - OnAir şirkətinin icraçı direktoru Yan Doukinz deyib. – MDB ölkələrində regional inkişaf tendensiyalarını nəzərə alaraq biz Azerfon-un köməyi ilə yaxın gələcəkdə Bakıda ikinci yerüstü stansiyanı qurmağı planlaşdırırıq”.
Onun sözlərinə görə, bu stansiya MDB-in digər ölkələrində hava gəmisinin göyərtəsində sərnişinlərə göstərilən mobil rabitə xidmətlərinin fəaliyyətini təmin edən peyklərdən alınan gərginliyi bölüşdürəcək.
Öz növbəsində Azerfon-un icraçı direktoru Yurqen Pits qeyd edib ki, yeni xidmətlərin tətbiqi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm addımdır.
AZAL-ın vitse-prezidenti İlqar Hacıyev isə bildirib ki, xidmətlərin işə salınması aviadaşımalar tarixində və İKT sektoru üçün vacib hadisədir. AZAL MDB ölkələri arasında bu xidməti tətbiq edən ilk şirkətdir.
Onun sözlərinə görə, təyyarənin göyərtəsində Azerfon abonentlərinə bütün spektr rabitə xidmətlərini – məlumatların ötürülməsi, internet, səsli zənglər və s. göstəriləcək.
Xidmətdən istifadə qalxma və enmə anı istisna olmaqla, istənilən məsafədə uçuşlar yerinə yetirilən zaman istifadə etmək mümkün olacaq, 1news yazır.