Korporativ Sosial Məsuliyyət (KSM) Azərbaycan və “Creative Sosciety” yeni kreativ müsabiqəyə başlayıb.


“Kreaktiv” adlanan müsabiqənin məqsədi kreativ düşüncə tərzinə malik olan və bunu öz işlərində əks etdirə bilən gəncləri tapıb onlara öz bacarığını nümayiş etdirməyə imkan yaratmaqdır.


Belə ki, müsabiqə 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə iştirakçılar 5 sahə - Bank sektoru, geyim sektoru, qida sektoru, telekommunikasiya sektoru, təhsil sektoru üzrə loqotip, sloqan, video-çarx, animasiya və  3D qrafika işlərini göndərməlidirlər. Online səsvermə və münsiflərin səsverməsi ilə birinci mərhələdən keçən 10 kreativ iş ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq.


İkinci mərhələdə iştirakçılar tərəfindən müsabiqənin sponsorları olan KSM Azərbaycan, DəmirBank və  İdeal perfumery&cosmetics üçün işlərin yaradılması  nəzərdə tutulub.


Nəzərinizə çatdıraq ki, “Kreaktiv” KSM Azərbaycan və Creative Society təşkilatçılığı, DəmirBank, İdeal perfumery&cosmetics sponsorluğu, Facemark informasiya və  KOKON agentliyinin dizayn dəstəyi ilə həyata keçirilir.


Bu mərhələdə Online səsvermə və münsiflərin səsverməsi ilə müsabiqənin qalibləri seçiləcək.


Müsabiqənin qalibləri:


I yer
Türkİyədə Brandmarker-ə vəsiqə,
DəmirBankdan Gold plastİk kartı və pul mükafatı
İdealdan 300 AZN-lİk vauçer + hədİyyələr

II yer
DəmirBankdan Gold plastİk kartı və pul mükafatı


İdealdan 200 AZN-lİk vauçer + hədİyyələr

III yer
DəmirBankdan Gold plastİk kartı və pul mükafatı
İdealdan 100 AZN-lİk vauçer + hədİyyələr


Müsabiqənin münsifləri aşağıdakılardır. Gördüyümz kimi dünyanın top 5-liyində beynəlxalq reklam agentlikləri də müsabiqəyə ilk dəfə belə bir layihədə cəlb edilmişdir. Müsabiqə eyni zamanda Creative Society-nin üzvü olduğu bütün informasiya mənbələrində elan ediləcəkdir.


  1. Creative Society – Stefan Bock (Avstriya)
  2. BBDO – Hugo Corredor (Kolumbiya)
  3. Young and Rubicam – Martin Nino Goldberg (Argentina)
  4. KSM Azərbaycan – Rəşad Camal (Azərbaycan)
  5. Peşəkar Fotoqraf – Orxan Aslanov (Azərbaycan),
  6. Video Çarxlar üzrə mütəxəssis – Sarvan Qədirov (Azərbaycan)
  7. Dizayner – Samir Hüseynov (Azərbaycan)


                                      Hugo Corredor                                               Stefan Bock                                           Martin Nino Goldberg


                     Creative Director at Sancho BBDO                  Founder, Creative Society               Creative Director at Y& R Argentina


Əlaqə:


E-mail: kreaktiv@csraz.com


www.csraz.com/kreaktiv


Tel: 050 282 00 12