Dünyanın ən böyük reklam holdinqlərindən biri olan Publicis Groupe “Crown Partners” şirkətini satın alması haqqında elan verdi. 2011-ci ildə qurulmuş “Crown Partners” şirkətində təxmini 150 nəfər çalışır.
Şirkətin müştəriləri Lands End, ASICS, Keurig-Green Mountain, GlaxoSmithKline, St. Jude, United Technologies və bu kimi başqa şirkətlərdir. “Crown Partners” 2009-cu ildə Publicis Groupe tərəfindən 530 milyon dollara qurulan Razorfish təşkilatının tərkibinə qatılacaqdır. Razorfish nümayəndəsinin sözlərinə görə təşkilatın texnoloji imkanları gücləndiriləcək və kapital artımı təmin olunacaq.