Wikipedia ilə birlikdə bir çox sayt Sopa etirazına qatılaraq ya saytını bağladı, ya da saytda bir etiraz məlumatı nəşr etdi. Wikipedia qazanc güdməyən bir sayt olduğundan, saytın bir günlük bağlanması Wikipediayaya heç bir maddi zərər gətirmədi.
TNW’den Nancy Messieh’in yayınladığı yazıya göre dünyanın ən məşhur saytlarının günlük maddi ziyanı belə olardı:
Wired'a görə Google ayda 3 milyard dollar gəlir əldə etməkdədir. Bu halda Google-un bir günlük bağlanması 100 milyon dollar civarında maddi ziyan olardı.
Facebookun 2011 gəlirləri 4.27 milyard dollar olaraq təxmin edilir. Buna görə Facebook bir günlük bağlanması ilə əlagədar şirkətin itirəcəyi məbləğ 11.7 milyon dollar şəklində olardı.
Twitter
Twitterin illik gəliri 140 milyon dollar olduğuna görə, bu da Twitterin gündəlik ortalama zərərinin 400 min dollar ola biləcəyini göstərir.
eBay
Dünyanın ən böyük online alış-veriş şirkətlərindən biri olan eBayda 2011-in təxmini gəlirləri 10.2 milyard dollar olaraq ifadə edilir. Buna görə eBay'daki digər satıcılar düşünülməsə saytın yalnız özünə olan itkisi gündəlik 28 milyon dollar olardı.
Yahoo
Yahoo-nun keçən il ərzindəki gəliri 1.07 milyard dollar idi. Buna görə, Yahoo saytının bir günlük bağlaması 11.8 milyon dollar maddi zərər demək olardı.
Groupon
Groupon'un təxmin edilən 2.6 milyard dollar illik gəlirinə görə, saytın Wikipedia kimi bağlanması halında itkisi 7 milyon dollar olardı.
Bizim şirkətlərin də illik gəlirlərini bilsəydik, onların da 1 günlük bağlanması məbləğini müəyyən edə bilərdik, amma...