Mayın 29-u və 30-u Azərbaycanda II Milli Marketinq Forumu keçirilib. 31 spikerin təcrübə və biliklərini bölüşdükləri Forumda müxtəlif şirkət və qurumların 300-ə yaxın reklam və marketinq mütəxəssisləri iştirak edib. Tədbirin dəstəkçilərindən olan Manads mobil reklam platforması May ayı boyunca istifadəçilərinə Forum barədə informasiya verib.
5-30 May tarixlərində yayımlanan reklam posterini Manads istifadəçiləri ümumilikdə 718 641 dəfə izləyib, 81 209 dəfə Milli Marketinq Forumunun facebook səhifəsinə və Forumun 28 Cinema səhifəsinə keçid ediblər.
Statistikaya görə, reklam posterini izləyən istifadəçilərin 61%-i kişi, 39%-i qadın olub. İstifadəçilərin böyük əksəriyyətini Bakı sakinləri (79%) təşkil edib. Qeyd edək ki, bir neçə gün sonra yeni 3-cü versiyasını istifadəyə verməyi planlaşdıran Manads reklamverənlər üçün bir neçə yeniliklər edəcək. Tətbiqin yeni versiyasında şirkətlər "Facebook" səhifəsini bəyənmək (like), səhifəni və ya statusu paylaşmaq (share), həmçinin "Twitter" profilini izləmək (follow), tvitləri paylaşmaq (retweet) kimi funksiyalardan istifadə edə bilərlər. Şirkətlər yeni xəbər və məlumatlarını tətbiqin yeni funksiyası olan "Xəbər lenti"ndə də müştərilərinə göstərə biləcəklər.