Önünüzə çıxan hər məsələ üçün “5 niyə?” soruşun.


-Taiichi Ohno


Liderler Genchi Genbutsudan azad olunmayıblar.



Bu bloq mənim təcrübələrim, iş həyatım və düşüncələrim haqqındadır. Bu gün nəhayət ki, neçə vaxtdır paylaşmaq istədiklərimi, klaviaturamın qələminə alacağam. Fikirlərimin mövzusu yenə də idarəetmə problemləridir.



Əslində Milli Marketinq Forumu 2014 qabağı belə bir mövzuya daxil olmaq özü böyük cəsarətdir. Elə bir aslan dolu bir meşəyə dovşan kimi girirəm. Amma gəlsin bizim marketoloqlar da boyunlarına alsınlar ki, şirkətin, brendın, təşkilatın və ya adı hər nədirsə onun uğuru təkcə marketinqinin düzgün planlanması və həyata keçirilməsindən asılı deyil. Medalyonun (medalyon deməkdə məqsədim iş həyatına yeni başlamış gəncləri qorxutmamaqdır.



Əslində bu medalyon yox Medusa başlarıdır) digər tərəfində “işin” inkişafını təmin edəcək olan digər alət və metodlar durur. Qərq və Şərb tipli idarə etmə sistemləri tapşırıqların ilkində yuxarıdan aşağıya istiqamətlənməsi və ikincidə tapşırıqların yuxarıdan aşağıya istiqamətlənərək eyni müstəvidə icra edilməsi ilə fərqlənir çox zaman.



Bu sistemi mən şərq ölkələrindəki quruluşların zamanında daha az resursa sahib olması və necə deyərlər – həm ətindən, həm südündən – tam optimal istifadə etmək istəyi ilə bərabərləşdirirəm. Əlbəttə ki, bir səhvlə quruluşun inkişaf problemi ilə qarşı qarşıya dayana biləcək riski heç kimi qazanmaq istəməz. Məsələdən çox uzaqlaşmayaq.



Genchi Genbutsu yerində yoxlama alətidir. Daha doğrusu kökü şərq idarəetmə sistemlərindən gələn, problemi ortaya çıxarmaq üçün “gedib yerində öz gözlərinizlə görün” məntiqidir. Taiichi Ohno deyir ki, heç bir aksiom və ön şərti qəbul etmədən, tərəfsiz olaraq gedib öz gözünüzlə görün. Sonra isə 5 niyə soruşun. Hər bir idarəçinin mütləq keçdiyi bir dövrdür Genchi Genbutsu.



Zaman zaman gec saatlara qədər işləmək, işlərimizi, istehsal və ya digital startapımızı hər addımda izləmək və ya hər prosesəsinə müdaxilə edə bilmək sahibkarın qanında olmalıdır. Mən belə bir hal qəbul etmirəm ki, hər hansı bir məsələ ilə bağlı “Nə oldu?”, “Nə dedilər?”, “Problem nədədir?” deyə sahibkar suallar versin və bu sualların cavabına əsasən istiqamət seçsin, bu absurtdur.



Hər hansı bir layihənin addımlarını gözümüzlə görməsək, oradakı vəziyyətdən xəbərimiz olmasa necə düzgün qərar qəbul etmək olar? Keçən yazılarımda da qeyd etdiyim kimi iş sahibinin işin bütün halqalarından müəyyən miqdar xəbəri olmalı və bu sahələrdə kifayət qədər bilgiyə sahib olmalıdır. Adı çəkilən aləti idarə etmə sistemimizdə istifadə edə bilmək üçün çox sadə bir metod vardır. İş sahəmizə gedərək prosesləri danışmadan, müdaxil etmədən və orada olduğumuzu bəlli etmədən müşahidə etmək.



Bu alətin istifadəsi özünü mükəmməlləşdirmə prosesində bizə kömək olacaqdır. Digər tərəfdən bu müşahidəni apara bilmək üçün ehtiyacımız olan özülü zamanla öz idarə etmə sistemimizə əlavə edə bilməkdir. Bu özül Genchi Genbutsu istifadəsi üçün ölçmə, hesablama, ənənəvi və texniki vərdişlər yaradacaqdır. “Özülümüzü” isə mən aşağıdakı bəndlərə ayırıram:



1.Ən yaxın və yalın hədəfi göz qabağında tutun: Bu hədəfləri düzgün və tam planlayın. Bu hədəflər üçün toplanmağa dəqiq məqsədiniz olsun;


2.Özünüzə və əməkdaşlarınızı aşkar tapşırıq və hədəflər verin, burada yalnız doğruluğu sübut olunmuş informasiyaya xitab edərək düşünün (və ya danışın): İçinizdəki hiss və şübhələri bir başa özünüz gedib təsdiqləyin, məsələni gözünüzlə görün - Genchi Genbutsu. Burada başqalarına verilən düz və ya səhv informasiyadan siz məsulsuz;


3.İnformasiya göndərmə, toplama və bölüşmək məsələlərində bu işin mütəxəsislərindən istifadə edin. (Genchi Genbutsunun bir tipi). Əlinizdəki informasiyanı başqaları ilə tam zamanında bölüşün: Bu informasiyanın zamanında verilməsinin kiminsə işinə yaracağını unutmayın;


4.Hər zaman zamanında və yerində bilgi və xəbər verin və danışın:Özünüzü daha da inkişaf etdirmək üçün nəyə ehtiyacınız olduğunu dəqiqləşdirin;


5.Kaizen fəaliyyətini davam etdirə bilmək üçün daimə düşünün.



Liderler Genchi Genbutsudan azad olunmayıblar. Yazımı nahaq yerə bu cümlə ilə başlamamışam. Genchi Genbutsu quruluşlara qatdığı dəyər əvəzedilməzdir. İstər sahibkarlar, istər qrup liderləri və ya şöbə rəhbərləri - bir sözlə prosesə nəzarət edə biləcək hər bir rəhbər adı daşıyıcısı bu alətin istifadəsini milli “rəis” məntiqindəki maneələri aşaraq vərdiş halına gətirməlidir. Atalarımız hər halda nahaq deməyiblər “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır.”