Təyyarə sənayesinin iki divi Airbus və Boeing daha çox sərinişin təyyarəsi isteshal etmək üçün amansız rəqabət içindədir. Zarafat deyil, 2030-cu ilə qədər 23 min yeni təyyarə sifarişi gözlənildiyi üçün bazardan daha çox pay götürmək niyyətindədirlər. Bu mülki aviasiyanın başlamasından bu yana satılan təyyarə dəyərindən 3-4 trilyon dollar daha çoxdur.


Rəqabət hər sektorda var, amma heç birində hava yollarındakı qədər başa-baş deyild. Hava sənayesi dedikdə ağla gələn iki nəhəngdir: Airbus və Boeing. Sərnişin təyyarəsi istehsal edən digər şirkətlər olsa da bu ikili rəqabətin yanında çox kiçikdir.


İki div, rəqabətdə liderliyi ələ almaq üçün daim olaraq daha inkişaf etmiş texnologiyalar istifadə etmək, fərqli istehsal və ən əsası da daha çox bazar araşdırması, marketinq strategiyalarını tətbiq etmək məcburiyyətindədirlər.


Nümunə olaraq Boeing avqust ayında əzəli rəqibi olan Airbusun A320-nə qarşı daha modernləşdirilmiş B737-ni istehsala başlayacaqlarını elan etdi. Halbuki, Boingin idarə heyəti bir neçə ilə qədər B737-nin yeni modelini 2019-cu ilə planladıqlarını demişdi, amma Airbus yeni motorlu A320-ni tamamlayıb sürətli şəkildə sifarişlər alınca, Boeing tarixi qabağa çəkmək məcburiyyətində qaldı.


2030-cu ilə qədər qiyamət qopacaq


İki şirkətin araşdırma bölmələrinin həmfikir olduqları sahə 2030-cu ilə qədər mülki aviasiya sahəsində indiyə qədər satılan təyyarələrdən daha çox təyyarə satılacağıdır və hər iki tərəf də 23 min təyyarə satılacağını vurğulayır.


Təyyarələrin əsas satılacağı bazarlar...


Siyahının başında Asiyalı havayolları və ucuz qiymətli (low cost) hava yolları durur. Sifarşçilərin ortaq nöqtələri qənaətcil təyyarələr istəmələridir. Niyə də etməsinlərki? Havayolları şirkətlərinin xərclərinin 30%-i yanacaq xərcləri təşkil edir. Asyalı şirkətlərdən sonra ikici sırada əsasən Avropa, Amerika və Yapon şirkətləridir ki, təyyarələrini yeniləməyi düşünürlər. Xüsusi bir müştəri kütləsi də, varlı iş adamlarının özləri üçün kiçik təyyarələr almasıdır. Bu tip təyyarələrdə müştərinin istəkləri nəzərə alınaraq hava gəmisinin iç hissəsi xüsusi dizayn olunur. Özəl təyyarələr adətən 75 milyon dollardan başlayaraq 500 milyon dollara qədər qalxır.


Rəqabətin qalibi kim olacaq?


Hərkəsin marağına səbəb olan bu rəqabətdən kimin əsas payı alacağıdır..


1970-ci ildə dörd fərqli dövlətin Almaniya, Fransa, İngiltərə və İspanyanın birliyi ilə qurulan Airbus şirkəti, 1916-cı ildə qurulan və illərdir bazarın lideri Boeing arasında fərqi aradan qaldırmağa çalışır.


2011-ci ildə İyun ayında Parisdə təşkil olunmuş Le Bourgetdəki mülki aviasiya sərgisində Boeing 146 təyyarə sifarişinə qarşı Airbus 730 sifarişlə cavab verdi. Son məlumatlar olaraq Airbusun 2011-ci ilin sonu üçün listində 3 min 934 təyyarə sifraişi var. Bu da 7 illik istehsalın sığortalanması və toplam 387 milyard dollar gəlir deməkdir.


Boeing geridə mi qalır? Əlbəttədki xeyr, çünki Boeing Amerika Hərbi Havaq Qüvvələrində kifayət qədər sifarişləri mövcuddur. Daha vacib olan məqam 8 ildir ki, bir çox innovasiyaları özü ilə daşıyan Boeingin yeni modeli Dreamliner ləqəbiyilə tanınan B787 modeli artıq hazırdır və 820 ədəd sifariş almışdır. Dreamlinerin gövdəsi aliminium və daha yüngül olan materiallardan hazırlandığı üçün 20%-ə yaxın yanacaq xərcinin qarşısını alır. Araşdırmalara və dizayna 15 milyard dollarlıq investitsiya ilə başlayan B787 ilk sifraşini sentyabr ayında Yaponiyanın ANA havayolları tərəfindən aldı. Hal-hazırda Dreamliner sifariş vermək istəyən bir müştəri gərək 2018-ci ilə qədər səbr etməlidir. Boeing mövcud vəziyyəti dəyərləndirərək ayda cəmi 2 Dreamliner istehsal gücünü 10 təyyarəyə çatdırmaq niyyətindədir. Dreamliner əsas rəqibi olan A380-ə gəlincə, Airbus ayda 36-38 təyyarə istehsal edə bilir və bu sayını bu ildən etibarən 42 ədədə çatdıracaq.


Gecikmələr...


Dreamliner və A380 Hava Nəqliyyatı sahəsinin böyük uğurları olsa da gecikmələr də baş verir. Dreamlinerin ilk sifraşçisi ANA Havayolları 3.5 illik gecikmədən sonra sifarişini ala bilmişdir. Xatırlatmaq istərdim ki, Airbus ilk A380 2 illik gecikmə ilə təhvil verə bilmişdir.


Dreamlinerin yanacaq xərclərini azaltması ilə yanaşı sərnişinlərin rahatlığı üçün bir çox yenilikləri etmişdir.


  1. Pəncərələrini böyüdərək və “günəşliklərin” ləğv ediləmsi ilə təyyarə içində daha aydın salon muhiti sərnişinlərini gözləyir.
  2. Ağıllı pəncərlərdən təşkil olunmuş pəncərələr gün çıxdıqda qaralır.
  3. Salon daxilindəki oturacaqların üzərindəki bölümü də genişləndirərək 4 ədəd çamadanı rahatlıqla sığışdırmaq imkanı verir.
  4. Filtrasiya sistemi ilə salonda nəmi daha çox saxlayaraq sərnişinlərin boğaz və ağız quruluğunu aradan qaldırmış olur.
  5. Salon daxilindəki təzyiqi nizamlayaraq baş ağrısı və yorğunluğun qarşısını alır.

Beləliklə, Boeing son Dreamliner modeli ilə rəqabətin üstün tərəfi kimi görsənir, hal-hazırda gözlər Airbusun üstündədir.


Kəmərlərinizi bağlayın, uçuşa hazır olun! Növbəti məqalələrdə görüşmək ümidiylə....