Brandmarker nədir?
15-ci Brandmarker Beynəlxalq Marketinq Kommunikasiyaları Konfransının başlanmasına az qaldı. 17-23 iyun tarixlərində baş tutacaq olan konfrans bu il də iştirakçılara marketinqi fərqli bir pəncərədən görmə imkanı verir. Boğaziçi Universiteti Menecement və İqtisadiyyat Klubu bu ilki Brandmarkerdə “Marketing will Seduce You” (Buraxın Marketinq Sizi Yoldan Çıxarsın) sloqanı ilə marketinq dünyasının qapılarını üzünüzə açacaqdır.
Facemark MediaCat, İnfomag, Bloomberg Businessweek-lə birgə tədbirin media sponsoru oldu.
Xatırladaq ki, Facemark kollektivi “Brandmarker 2011”də iştirak edib. Bu il isə nüfuzlu konfransın Azərbaycanda yeganə rəsmi nümayəndəsi oldu. Belə ki, Brandmarker 2012 üçün Azərbaycanda qeydiyyat və reklam hüquqları yalnız Facemarka aiddir. İştirak şərtləri haqqında növbəti yazıda məlumat veriləcək. Qısa olaraq xatırladaq ki, maraqlananlar üçün pulsuz iştirak imkanı verən yarışma və eyni zamanda Facemarka özəl olaraq endirimli qiymətlə iştirak haqqı veriləcəkdir. Xəbərlərimizi izləyin.
Məlumat üçün bildirək ki, bu ilki tədbirin baş sponsoru “Unilever”dir. Bu ilki mövzu isə əsasən “Sosial Media” haqqında olacaqdır. Dünyanın dörd bir tərəfindən gələn tələbələrə marketinq aləminin son yeniliklərindən bu sektorun divləri xəbərdar edəcəklər. Tədbirin dili İngiliscədir. Həftə boyunca iştirakçılar “Markaların Sosiallaşan Strategiyaları, Sosial Oyunlar və Sosiallaşan Kommunikasiya Kanalları” haqqında faydalı məlumatları bu sahənin öndə gedən şirkət nümayəndələrindən alacaqlar. Əvvəlki Brandmarkerdən fərqli olaraq bu il Unileverin dəstəyi ilə 1 həftə davam edən keys yarışması keçiriləcəkdir.
Tək marketinqin deyil, həm də İstanbulun gözəlliklərini kəşf edəcəksiniz.
Bu konfransın ən önəmli özəlliklərindən biri də seminarların əyləncə dolu olmasıdır. Günboyu davam edən proqramların yorğunluğu gecələr davam edəcək əyləncələrlə üzərinizdən atılacaq. İştirakçılar müxtəlif ölkələrdən olduğu üçün onların daha da bir-birinə qaynaşması üçün oyun gecələri təşkil olunacaq, İstanbulun ən görməli yerləri birgə ziyarət olunacaq, möhtəşəm boğaz turu və əyləncə mərkəzlərində istirahət Sizi xüsusilə valeh edəcəkdir. Tədbirin son günü isə “İntercultural Day” keçiriləcəkdir ki, bu da konfransın yaddaşınızda xoş xatirələrlə qalmasına kömək edəcəkdir.
Əgər Siz də Brandmarkerin 15-ci illiyinə həsr olunmuş proqramında iştirak etmək və marketinqi praktik təcrübələrlə öyrənmək istəyirsinizsə, 17-23 iyun tarixlərində Boğaziçi Univeristetinin Cənub Kampına (Güney Kampus) dəvətlisiniz.
İştirak haqqında ətraflı məlumatı çox yaxında saytımız vasitəsilə əldə etmək mümkün olacaq.