Sosial şəbəkələrdə viral olaraq yayımlanmaq markalar üçün olduqca önəmlidir, ancaq bunu bacarmaq çox çətin bir aksiomdur. Ancaq sosial şəbəkə istifadəçilərinin hərəkətləri yaxşı analiz edildikdə hədəf kütlənizi müəyən edə biləcəyiniz kimi, hansı bir paylaşma lazım olduğunu da öyrənə bilərsiniz.


uSamp tərəfindən 600 insan üzərində aparılan araşdırmadan sonra məlum olmuşdur ki, qadınlar onlara göndərilmiş markaları insanlarla paylaşdıqda kişilərə nisbətən daha xoşbəxt olurlar. Qadınların 78%-i marka göndərməyi sevdiyi halda, kişilərin yalnız 74%-i bu işi sevir.


Araşdırmanın sonunda ortaya çıxan digər fakt isə sosial şəbəkələrdə edilən paylaşmalarda sərhədlərin mövcudluğudur. Araşdırmada iştirak edən kişilərin 7%-i ev adresini sosial şəbəkələrdə paylaşa biləcəyini dediyi halda, bu rəqəm qadınların yalnız 3%-nə aid edilmişdir.


Araşdırmanın heç də xoş olmayan bir məlumatı isə telefon nömrəsinin paylaşılmasıdır ki, burada isə kişilər daha cox faiz qazanmışlar.


Paylaşmada ən rahat olan məlumat isə insanların adlarıdır. Kişilərin 88%-i adlarını sosial şəbəkələrdə paylaşdığını deyərkən, qadınların 83%-i adlarını paylaşdıqlarını söyləyib.