Christian Dior markanın məhsullarından istifadə edən şəxslərə makiyaj sirrlərini öyrədəcək Backstage Makeup School adlı online makiyaj mağazası açdı. Layihənin internet saytında kosmetikadan professional istifadə qaydalarını öyrənmək üçün master-klass və ustad dərslərinə rast gəlmək olar.
İstifadəçilər internet saytında Dior markasından olan kosmetika vasitələri ilə makiyaj olunmuş modellərin fotoşəkillərini görmək üçün əvvəlcə Makeup Maga baxa bilərlər. Qısa reklam çarxlarında dodaq parıldadıcısı, göz kölgəsi və digər kosmetik vasitələrdən düzgün istifadə qaydaları göstərilir.