Dünyanın dörd bir yanındakı parlaq fikirli beyinləri bir araya toplayan və fikirlərini paylaşmağa dəvət edən “Google Elm Sərgisi 2014” (Google Science Fair 2014 ) üçün qeydiyyatlar artıq başlayıb.



Yaşları 13-18 aralığında dəyişən tələbələr, dünyanın ən böyük online elm sərgisi olan təşkilata öz layihələri ilə 12 May 2014 tarixinə qədər müraciət edə biləcək.



“Google Elm Sərgisi”nin qalib adları, 22 Sentyabrda “Google”un Kaliforniyadakı MOUNTAINVIEW mərkəzində keçiriləcək gala gecəsində açıqlanacaq. Virgin Galactic, Scientific American, LEGO Education və National Geographic əməkdaşlığı ilə təşkil edilən bu ilki "Google Elm Sərgisi"də böyük mükafatı qazanan şəxs, “New Mexiko”da olan “Spaceport America”da kosmos uçuşu üçün hazırlıq görən “Virgin Galactic” qrupuna qatılacaq.



Bununla da Astronavtları Dünyaya dönüşdə ilk qarşılayanlar arasında olmaq şansı əldə edəcək. Bundan əlavə “National Geographic”in “Endeavour” gəmisi ilə Galapagos Adalarına 10 günlük səfər haqqını da qazanacaq. Yaş kateqoriyalarına görə qalib iştirakçılar isə “Danimarka Billund”dakı “LEGO” fabriki, Google və ya National Geographic ofislərindən birini ziyarət edəcək.