Türkiyənin "Tasarruf Mevduatı Sigorta Fonu" (TMSF), "Çukurova Holdinq"dən nəzarətinə götürdüyü ağır və zirehli nəqliyyat vasitəsi istehsalçısı BMC şirkətini bağlı zərf və hərrac üsulu ilə keçiriləcək tender ilə satışa çıxardıb.
Ölkənin rəsmi qəzetində verilmiş elana görə, satışa çıxarılan BMC-yə 985 milyon lirə (445 milyon dollar) qiymət təyin olunub. TMSF, "Çukurova Qrupu"nun borcları səbəbi ilə 2013 ilin May ayında, BMC daxil qrupun bir neçə şirkətini nəzarətinə götürmüşdü.
BMC 2,8 tondan 40 tona qədər yük və sərnişin daşımaları üçün bütün siniflərdə avtomobil istehsal edən Türkiyənin tək, Dünyanın dörd istehsalçısından biridir.