Kiyevdə təşkil olunacaq kommunikasiya forumu (“WCFDavos Kyiv”) çərçivəsində “Rəqəmsal effektivlikdən biznes effektivliyinə. Yeni pullar” mövzusunda panel müzakirəsi keçiriləcək. Kommunikasiyada səhflər baha başa gəlir. Toplanan anlaşılmazlıq narazıçılığa səbəb olur.



Buna sübüt kimi Ukraynada son hadisələri gətirmək olar. Məhz bu səbəbdən hazırda kommunikasiya sahəsində dünyada baş verən tendensiyaları bilmək və onların Ukraynada icrası üçün mexanizmlər tapmaq olduqca vacibdir.



Davos Kommunikasiya Forumu (“WCFDavos Kyiv”) – biznesdə, ictimaiyyət sektorunda və rəqəmsal məkanda effektiv həllərin axtarışına dair meydançadır. Tədbir cari ilin martın 14-də keçiriləcək. Forumun müzakirə panellərinin biri ən tez inkişaf edən və tələbatı çox olan rəqəmsal kommunikasiyaya həsr ediləcək. Ukraynada ilk dəfə olaraq dünya mütəxəssisləri rəqəmsal reallığa dair bilikləri ilə bölüşəcək və rəqəmsal marketoloqlar üçün “Big Data”nın üstünlükləri barədə söz açacaqlar.




Məruzəçilər sırasında:




Cianni Katalfamo – rəqəmsal və sosial media liderliyi ilə məşğul olan “cc:catalfamo” butikinin rəhbəri, rəqəmsal kommunikasiya sahəsində tanınmış mütəxəssis. IBM və “Leonovo” kimi İT nəhəngləri ilə çalışıb. “Son of Geek Talk” bloqu – onun şəxsi uğurlu layihələrindəndir.



Roman Qavriş – “Effie Awards” versiyasına görə, strateji planlaşdırma üzrə Ukraynanın ən effektiv rəqəmsal agentliyi olan “Aimbulance”ın icraçı partnyoru və direktoru. 2012-ci ildən etibarən Ukrayna Rəqəmsal Agentliklər Komitəsinin rəhbəri.



Lars Hils – web-strategiya və elektron biznes inkişafı sahəsində məsləhət xidmətləri göstərən “Lars Hilse” şirkətinin (Almaniya) təsisçisi və rəhbəri. Onun ideyaları bir çox ölkələrdə realizə olunub, onun təklifləri əsasında isə onlarla elmi iş hazırlanıb. L.Hils tərəfindən 2009-cu ildə nəşr olunmuş istifadəçi imkanları görüntüsü “Facebook” və digər sosial şəbəkələrin funksional əsasını təşkil edib.




Panelin moderatoru – Oksana Qorbaç, “AGAMA communications” marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupunun rəqəmsal direktoru.




“Rəqəmsal marketinqın çoxdan mövcud olmasına baxmayaraq, “Rəqəmsal kommunikasiyanın biznesimə nə faydası var?” və “Rəqəmsal kanallarda istehlakçının hansı hərəkəti daha effektivdir?” sualları hələ də gündəmdədir. Bu suallara cavab tapmaq üçün biz Avropa və Ukraynanın rəqəmsal kommunikasiya sahəsinin ən yaxşı mütəxəssislərini dəvət etmişik ki, onlar Ukrayna marketoloqlarının vacib məsələlərindən sayılan – rəqəmsal kommunikasiyanı nə cür monetizasiya etmək? – sualı ətrafında açıq müzakirələrdə iştirak edəcəklər”, - deyə O.Qorbaç bildirib.




Forumun rəqəmsal tərəfdaşı və təçkilatçısı, həmçinin müzakirə panelinin təşəbbüskarı qismində “AGAMA communications” marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupu çıxış edir. Şirkət 2013-cü ilin noyabr ayında yaradılıb, özündə “Atlantic Group” kommunikasiya holdinginin 16 agentliyini birləşdirir və bu holdingin struktur vahididir. Qrup rəqəmsal ekspertizanın gücləndirilməsi, kreativin, texnoligiyaların və sahibkarlığın inteqrasiyası məqsədilə yaradılıb. Qrupa daxil olan agentliklər bir çox ölkələrdə müxtəlif miqyasda birləşmiş layihələr həyata keçirir.




“Davos Kommunikasiya Forumunun Ukraynada keçirilməsi bizim üçün həyəcanlandırıcı bir hadisədir. Bu tədbir nəinki bizim xarici həmkarlarımızın inkişafını, həmçinin ukraynalı mütəxəssislərin hansı problemlərlə qarşılaşmasını öyrənmək imkanını yaradır. 2014-cü ildə qlobal tendensiyalar bir daha onu göstərib ki, kommunikasiyanın gələcəyi onlayn və oflayn irəlilətmələr də daxil olmaqla inteqrasiya olunmuş layihələrdən asılıdır. Biz Davos Forumu brendi altında təşkil olunacaq ətraflı müzakirələrin məhz Kiyevdə keçirilməsindən fərəh duyuruq”, - deyə “AGAMA communications”un baş direktoru İrina Novikova bildirib.



Forumun əsas tərəfdaşı – 17 il ərzində idman, səhiyyə, mədəniyyət və təhsil proqramlarına dəstək verən “Aleksandr Feldmanın Fondu” beynəlxalq xeyriyyəçilik fondudur. Fondun hazırkı əsas layihəsi – “FELDMAN ECOPARK” sosial multipleksin hazırlanmasıdır. Bu təşəbbüs çərçivəsində auditoriya ilə uzunmüddətli kommunikasiya aparılır. Artıq “Həyat kitabı” məlumat-bilik kitabı dərc olunub, “Mərhəmət sənəti” adı altında bir sıra xeyriyyə hərracı keçirilib.




“WCFDavos Kyiv”ın tərəfdaşı – “SAN İnBev Ukrayna” şirkətidir.


Əsas media-tərəfdaş – “Ekonomika Communication Hub”.




Tədbirin informasiya tərəfdaşları:




· Avropa Biznes Assosiasiyası (EBA)


· “American Chamber of Commerce” (ACC)


· İctimaiyyətlə əlaqələr üzrə Ukrayna Assosiasiyası (UAPR)


· Marketinq Təşəbbüsləri Beynəlxalq Assosiasiyası


· “BVU Group”


· “RED Communications” agentliyi (Azərbaycan)


· “PR İnstitutu” konsaltinq şirkəti (Belarus)


· zhukrik.kz anons servisi (Qazaxıstan)


· “Kommunikasiya və məsləhətçilər” ictimaiyyətlə əlaqələr üzrə müstəqil agentlik (Litva)




WorldCommunicationForumDavos” (“WCFDavos”) – kommunikasiya sahəsində effektiv həllərin axtarışına dair meydançadır. Bu tədbir 2010-cu ildən etibarən Ümümdünya İqtisadiyyat Forumundan bilavasitə sonra həmin zalda keçirilir. “WCFDavos” hər il kommunikasiya sahəsində 3 mindən artıq mütəxəssisi bir araya gətirir. Foruma hər il 5 qitənin 42 ölkəsinin nümayəndələri qatılır. Forumun Əlaqələndirici Komitəsinin tərkibinə 20 əlkədən 29 mütəxəssis daxildir.




AGAMA communications” – marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupu 2013-cü ilin noyabr ayında təsis edilib və “Atlantic Group” kommunikasiya holdinginə daxil olan 15 agentliyi birləşdirir. Qrup media-ekspertizanın gücləndirilməsi, kreativin, texnologiyaların və sahibkarlığın inteqrasiyası üçün yaradılıb. Qrupa daxil olan agentliklər müxtəlif miqyaslı inteqrasiya olunmuş layihələr hayata keçirir.




Pleon Talan” – kommunikasiya agentliyi – “Ketchum” şəbəkəsinin Ukraynada eksklüziv təmsilçisi – dünyanın qocaman və iri kommunikasiya şirkətlərindən biridir. “Pleon Talan” – Ümümukrayna Reklam Koalisiyasının reytinginə əsasən “İlin marketinq şirkəti 2013” tituluna, Ukraynanın marketinq xidmətlərinin ən effektiv agentliyi və Ukraynanın ən kreativ agentliyi adına layiq görülüb.