Qlobal avtomobil satışları əhəmiyyətli bir nöqtəni aşıb. "IHS Automotive" konsaltinq şirkətinin açıqladığı rəqəmlərə görə, qlobal avtomobil satışları keçən il tarixdə ilk dəfə 80 milyon ədəd keçərək rekord vurub.
2013-cü ildə qlobal avtomobil satışları bir əvvəlki illə müqayisədə 4,2% artaraq 82,8 milyon ədəd olub. Bu da 2013-cü il boyunca saniyədə təxminən üç ədəd avtomobil satıldığı mənasını verir.
Dünyanın ən böyük avtomobil istehsalçıları ABŞ və Çində artan satışların rekordun vurulmasına ciddi təsiri olduğu bildiriblər. Çində hələ rəsmi olaraq açıqlanmayan avtomobil satışlarının 21 milyon ədədə çatacağı gözlənilir. IHS, 2014-cü ildə qlobal avtomobil satışlarının 85 milyona çatmasını gözləyərkən, 2018-ci ildə bu ədədin 100 milyona çatacağını nəzərdə tutub. Şirkət, 2018-ci ildə yalnız Çində satılan avtomobillərin 30 milyona çatacağını təxmin edir.